“İdrak” liseyinin binasının sahibi Ruslan Eyyubov imiş

Bu gün şagirdin müəlliminigüllələdiyi “İdrak” liseyinin binası həbsdə olan tanınmış iş adamına məxsusdur.

“İksmedia"  Baku.ws-ə istinadən xəbər verir ki, liseyin yerləşdiyi binanın sahibi iki ay əvvəl həbs edilən iş adamıRuslan Eyyubovdur.

Xatırladaq ki, R.Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. O, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Qeyd edək ki, müəlliminə odlu silahla xəsarət yetirən 10-cu sinif şagirdi saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ağdama bilet almaqla bu rayonlarda 7 gün qala bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.

“İksmedia" Qafqazinfo”-ya istinadla  xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.

Belə ki, Ağdamdan Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır.

Sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.

Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.

 

2 min manatdan lotereya oynadı - Toplanan pulunu ona vermədilər

 

Yevlaxda qeyri-adi dələduzluq hadisəsi baş verib.

“İksümedia" Qafqazinfo”-ya istinadla xəbər verir ki, xəbər verir ki, rayon sakinləri arasında aylıq 1000 manatdan lotereya oynayan şəxslərdən biri – 1993-cü il təvəllüdlü Devran İsmayılov (şərti) bütün pulları toplayaraq özünə götürüb.

Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Devran Rusiyada yaşayan və tez-tez Yevlaxa gələn Nəsib adlı tanışını birgə lotereya oynamağa razı salıb. O, 14 nəfərin lotereyaya qoşulduğunu bildirib və tərəflər Nəsibin sonuncu olaraq lotereyanı götürməsinə razılaşıblar.

2 yerə, yəni 15-16-cı yerlərə lotereyada yer alan Nəsib 14 ay boyunca 28 min manatı Devrana göndərib. 14 ay tamam olduqdan sonra Nəsib öz növbəsində 2 dəfə 14000 manat olmaqla pul götürməli olub. Lakin Devran pulları ona verməyib.

Qarşı tərəfin şikayətindən sonra Devran həbs edilib. O, istintaq müddətində pulların 11 min manatını zərərçəkmiş tərəfə qaytarıb. Həmçinin müqavilə bağlayaraq 17 ay boyunca hər ay 1000 manat verməyi öhdəsinə götürüb.

Yevlax Rayon Məhkəməsi Devran İsmayılovu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilib.

Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.

İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...

Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İksümedia” Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

40 villa alan keçmiş icra başçısının oğlu danışdı

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.

İksmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirib.

“Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.

Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb.

Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

 
 

 

1 -dən səhifə 26

Oxşar məqalələr