“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki,bu barədə  nazirliyin mətbuat xidmətinə istinadən bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.

Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

 

 

 

 

Xaricdən sifariş edilmiş məhsullar niyə gecikir?

“Son həftələr ərzində onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların çoxu Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılır və buraxılmır”.

İksmedia  “Qafqazinfo”ya istinadən vətəndaşların müraciətində bildirir.

Vətəndaşların sözlərinə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir: “Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır, səbəb izah olunmur, konkret müddət deyilmir. Nəticədə insanlar həftələrlə gözləməyə məcbur qalır”.

Şikayətçilər deyir ki, söhbət kommersiya məqsədli yox, şəxsi istifadə üçün sifariş olunan mallardan gedir: “Buna baxmayaraq, proses qeyri-şəffaf şəkildə uzadılır və bu da haqlı narazılığa səbəb olur”.

Bu prosesi, həmçinin son günlər sosial şəbəkə və media orqanlarında müzakirə olunan, gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan iddialarla da əlaqələndirən var.

Vətəndaşlar Dövlət Gömrük Komitəsinə müraciət etsələr də, onları narahat edən suallara heç bir rəsmi cavab ala bilmədiklərini də iddia edirlər: “İnsanlar səbəb istəyir... Bu nə vaxta kimi davam edəcək? DGK heç bir açıqlama vermir, hətta sosial şəbəkəsində yazılan rəylər də silinir. Dəfələrlə gömrüyə və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət ünvanlamışıq, lakin cavab gəlməyib”.

Məsələ ilə bağlı DGK-ya sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir: “Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.

Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.

Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.

Tanışının danalarına görə altı il həbs olundu: Yenidən hakim qarşısına çıxacaq

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Alı Hüseynovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

İksmedia Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı məhkumun ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməməsinə dair hissədə ləğv olunub və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilib.

İttihama görə, Alı Hüseynov tanışı, Bakı şəhərində yaşayan zərərçəkmiş Vüqar Yusifov (soyadı şərtidir) ilə 2022-ci ilin avqust ayının ortalarında telefon vasitəsilə danışıb. O, zərərçəkmişin Bərdə rayonu, Kətəlparaq kəndində icarəyə götürdüyü fermada saxladığı ümumilikdə 106 590 manat məbləğində iribuynuzlu erkək danalarını ələ keçirib.

Sonra Alı Hüseynov zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov altı il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməyib. Daha sonra həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş edib.

54 il sonra həmin boyunbağını o taxdı

Məşhur avstraliyalı aktrisa Marqo Robbi ötən gün rol aldığı “Wuthering heights” filminin premyerasında iştirak edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan tədbirdə 35 yaşlı aktrisa gözəl görünüşü ilə diqqət çəkib.

O xüsusilə boyunbağısı ilə göz oxşayıb. Məlum olub ki, Robbinin taxdığı boyunbağının maraqlı bir hekayəsi var. “Tac Mahal” adlı bu zinət əşyasının ilk sahibi Böyük Moğol İmperiyasının 4-cü imperatoru Cahangirin həyat yoldaşı Nur Cahan olub. Daha sonra zinət əşyasını onların oğlu Cahan Şahın sevimli həyat yoldaşı, şərəfinə Tac Mahal inşa edilmiş Mumtaz Mahal taxıb. Boyunbağı öz adını məhz məşhur tikilinin şərəfinə alıb.

İllər sonra boyunbağını alan fransız zərgərlik evi “Cartier” onun zəncirini təkmilləşdirərək aktyor Riçard Börtona satıb. Börton isə onu 1972-ci ildə, 40 illik yubileyində həyat yoldaşı, əfsanəvi aktrisa Elizabet Teylora hədiyyə edib. 2011-ci ildə aktrisa vəfat etdikdən sonra boyunbağı auksionda 8,8 milyon dollara satılıb. Lakin onu kimin aldığı marədə məlumat yoxdur.

Marqonun həmin boyunbağını taxması zinət əşyasının ona məxsus olduğu barədə şayiələrin yayılmasına gətirib çıxarıb. Amma sosial şəbəkələrdə aparılan müzakirələrdə “Tac Mahal”ın aktrisaya aid olmadığı, bunun filmin piarı məqsədilə edildiyi bildirilib.

Qeyd edək ki, qızıl və yaqut zəncirdən asılmış ürək formalı brilyant kulonun üzərində “Tac Mahal”ın ilk sahibi Nur Cahanın adı, “Sevgi əbəbidir” ifadəsi, həmçinin hind sevgi şeirlərindən sitatlar yer alıb.

 




 

Ölkənin ən gənc generalı ilə bağlı maraqlı - Detallar

 

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşıFuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.

“İksmedia” “Unikal”a istinadən xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

Hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı olan Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.

Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.

4 -dən səhifə 26

Oxşar məqalələr