Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib

 

turist

2026-cıilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın158 ölkəsindən 181,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.

“İksmedia az" Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5 faizi İran, 5,0 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7 faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 71,1 faizini kişilər,28,9 faizini qadınlar təşkil edib. 

2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,0 faiz az), 15,8 faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) getmişdir.

Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib. 2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,0 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

4736fd20f27787ff2f34d258295db1af

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır.

"İksmedia az" "Musavat com-a istinadən xəbər verir ki, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir.

Novruz bayramı axşamı isə martın 20-sidir.

Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən - su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd çərşənbənin qeyd olunması da məhz bu ilkin yaradılış fəlsəfəsi ilə bağlıdır.

Su çərşənbəsi ilə bağlı maraqlı adətlər...

Bu ardıcıllıq təsadüfi deyil: əvvəlcə su hərəkətə gəlir, sonra od istilik gətirir, ardınca yel nəfəs verir, sonda torpaq oyanaraq canlanır.

Su çərşənbəsində su və su mənbələrinin təzələndiyinə, canlandığına inanılır.

Bu çərşənbə xalq arasında müxtəlif adlarla tanınır: “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”. Bu adların hər biri suyun ilkinlik, təmizlik və başlanğıc rəmzi olmasından xəbər verir. “Yalançı” adlandırılması isə onun hələ qışın tam bitmədiyi, amma yazın nəfəsinin duyulduğu bir keçid mərhələsinə düşməsi ilə əlaqələndirilir.

Folklorşünaslar qeyd edirlər ki, Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır və kainatın yaradılışı ilə bağlı mifoloji təsəvvürlərlə sıx əlaqəlidir. Qədim türklərin dünyagörüşündə su həyatın başlanğıcı, diriliyin və saflığın əsas mənbəyi hesab olunurdu. Elə buna görə də bu gün həyata keçirilən mərasimlərin əksəriyyəti məhz su ilə bağlıdır.

Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün insanlar sübh tezdən axar suyun üstünə gedər, onun üstündən atılarlar. Axar su həyatın hərəkətdə olan, durulmayan, saf və pak halıdır. Üstündən üç dəfə atılmaqla insanlar xəstəliklərdən, dərd-bəladan, ağırlıqdan azad olacaqlarına inanırlar. “Ağırlığım-uğurluğum bu su ilə getsin” deyimi də məhz bu inamın ifadəsidir. Su burada həm təmizləyici, həm də qoruyucu qüvvə kimi çıxış edir.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan maraqlı adətlərdən biri də qızların saçlarından bir tutam kəsərək axar çaya atmasıdır. İnama görə, saç insanın taleyi və ömrü ilə bağlıdır. Axar suya atılan saç, qızın arzu və niyyətlərini də özü ilə aparar, onu həyata çatdırar. Bu rəmzi hərəkət həm də keçmişin ağırlıqlarından qurtulmaq, yeni həyata başlamaq anlamı daşıyırdı.

Yuxuda saç kəsmək nə deməkdir? - Dəyişiklik və yenidən...

Axar çaydan gətirilən suyun quyulara, ağacların dibinə və evlərə səpilməsi də geniş yayılmış adətlərdəndir. İnsanlar inanırdılar ki, bu su bolluq, ruzi və bərəkət gətirər. Xüsusilə ağacların dibinə səpilən su onların daha barlı-bəhrəli olmasına niyyət edilirdi. Bu mərasim təbiətə olan sevgi və bağlılığın, insanla torpaq arasındakı müqəddəs əlaqənin təzahürüdür.

Digər maraqlı adət isə “lal su” - yəni “dilsiz su” gətirilməsidir. Su çərşənbəsi səhəri tezdən bulaqdan, çaydan və ya arxdan danışmadan, heç kimlə kəlmə kəsmədən su gətirilərdi. Bu su müqəddəs sayılardı. Axşam qızlar toplaşar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atardı. Üzük qabın kənarına dəyib cingildədikcə sayılardı. İnama görə, üzük neçə dəfə cingildəsə, o qızın bəxti də o sayda ildən sonra açılardı. Bu mərasim bir növ qədim fal ənənəsinin davamı idi və həm də gənclərin ümidlərinin, arzularının simvolu sayılırdı.

Su çərşənbəsi ilə bağlı unudulmuş inanclardan bir neçəsi bunlardır:

Həmin gün evin damına buğda atarlar ki, ilin bərəkəti artıq olsun;

Un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın;

Axar suyun qabağını kəsmək olmaz. Əks halda insana xətər toxunar. Bu inam qədim azərbaycanlıların suyu müqəddəs bilməsinin bariz nümunəsidir;

Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyilirdi ki, bunu etməsən, evə xətər dəyər, bərəkət dağılar. Bu isə odun da su və torpaq kimi müqəddəs sayıldığını göstərir;

Bakıda çərşənbə tonqalına düşənlərin vəziyyəti açıqlandı - Video Yeni Sabah

Bayram axşamı baltanı götürüb ağacların kötüyünə yüngülcə vuraraq “Ay ağac, yatmısan, oyan, bərəkət payını götür” deyərlər. Bu, təbiətin dirilişinə çağırışdır;

Əvvəllər axar suyun üstündən atıldıqdan sonra uzaq bir yerdə saxsı qab sındırar, “Nə dərd-bəlamız varsa, bu saxsı ilə getsin” deyərdilər. Sınıq qab köhnə ilin ağırlıqlarının simvolu idi.

Su çərşənbəsi süfrəsi də özünəməxsus olur. Süfrədə mütləq təmiz sudan dəmlənmiş pürrəngi çay olmalıdır. İmkan daxilində plov bişirilməli, süfrədə yeddi adda nemət yer almalıdır. Yeddi rəqəmi qədim inanclarda müqəddəs və uğurlu sayılır. Süfrənin zənginliyi ilin bolluq və firavanlıq içində keçəcəyinə inamın ifadəsidir.

Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO Yeni Sabah

Novruzun ən gözəl rəmzlərindən biri olan səməni də məhz Su çərşənbəsində qoyulmağa başlanır. Səməni yazın gəlişinin, təbiətin oyanışının, əkinçiliyin və həyatın yenilənməsinin rəmzidir. Əcdadlarımız buğdanı göyərtməklə torpağın diriləcəyinə, yeni təsərrüfat ilinin bərəkətli olacağına ümid edərdilər. Səməninin yaşıl rəngi həm də ümidin, dirçəlişin və gələcəyə inamın simvoludur.

Bu gün bir çox adətlər unudulsa da, Su çərşənbəsinin mahiyyəti təmizlənmək, yenilənmək, saf niyyətlə yazı qarşılamaq dəyişməz qalır. Su həyatdır, su başlanğıcdır, su paklıqdır. Hər Su çərşənbəsi insanı öz daxilinə baxmağa, köhnə inciklikləri yumağa, yeni arzular üçün yer açmağa səsləyir.

İlk çərşənbəniz mübarək!

İranla TİCARƏT dövriyyəmiz KİÇİLİR – İlginc SƏBƏB, bahalaşma RİSKİ

49e4130f430e3b5b139eeb864712080e

Cari ilin 10 ayı ərzində (21 mart 2025 - 20 yanvar 2026) İranın Azərbaycandan məhsul idxalı ötən ilin eyni dövrü ilə (20 mart 2024 - 19 yanvar 2025) müqayisədə dəyər baxımından 58 faiz, çəki baxımından isə 53,7 faiz azalıb.

"İksmedia az" bu məlumatı“Trend”-ə istinadən xəbər verir ki İran Gömrük Xidmətinin statistikasına istinadən yayıb.

Statistikaya əsasən, cənub qonşumuzun 10 ay ərzində Azərbaycandan idxalı təxminən 11,4 milyon dollar dəyərində 5000 ton təşkil edib. Əvvəlki ilin eyni dövründə İran ölkəmizdən 27 milyon dollar dəyərində 10900 ton məhsul idxal etmişdi. Bunlar - müxtəlif avadanlıqlar, preslənmiş soya, müxtəlif növ profillər və digər məhsullardır.

İlk 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 724 min ton təşkil edib ki, bu da 496 milyon dollar dəyərindədir. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,3 faiz, çəki baxımından isə 1,9 faiz azalıb.

Azərbaycan Dövlət Gömrük Komitəsi xarici ticarət statistikasını Miladi təqvimi ilə - yanvar-dekabr ayları üzrə apardığına görə İran tərəfinin açıqlamaları ilə Azərbaycanın rəqəmlərini müzayisə etmək mümkün deyil. Azərbaycanın gömrük statistikasına əsasən, 2025-ci ildə İranla ticarət əməliyyatlarının həcmi 644,1 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon dollar və ya 0,5 faiz azdır. Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz çoxdur. İl ərzində İrandan Azərbaycana ixrac 624,1 milyon dollar olub, bu, 2024-cü illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalma deməkdir.

2026-cı ilin yanvarında isə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,1 milyon dollar təşkil edib. Azərbaycan Gömrük Komitəsinin statistikasına əsasən bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,1 faiz çoxdur. Hesabat dövründə İrandan Azərbaycana 56,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 959,8 min dollar təşkil edib. Yanvarda İrana ixracımız 50 faizə yaxın, idxalımız isə 800 min dollar artıb.

Beləliklə, Azərbaycan gömrük statistikası ötən il İrandan idxalın cüzi azaldığını, bu ilin yanvarından isə artmağa başladığını, İran tərəfi isə azalmanın davam etdiyini və daha böyük rəqəmlərlə ifadə olunduğunu deyir..

İran və Azərbaycan arasında rəsmi ticarət mübadiləsi təqribən 671,5 milyon dollara çatıb

İranla Azərbaycan arasında ticarətin azalmasında ötən ilin may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşması mühüm rol oynayıb. Gömrük statistikasından aydın olur ki, may ayına qədər ticarət həcmləri artıb, maydan sonra müəyyən azalma olub, sentyabrdan bu, dayanıb. Hazırda İranla ABŞ arasında növbəti gərginlik yaşanır. ABŞ prezidenti Donald Trampın yanvar ayında verdiyi qərara əsasən İranla ticarət aparan bütün ölkələr ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər. Qərarın icra mexanizmi hələ açıqlanmayıb.

Lakin analitik mərkəzlərə görə, qərarı onun qəbulundan sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər. Bundan əlavə, ABŞ İran ətrafına böyük hərbi qüvvələr yığmaqdadır. Əksər ekspertlər iki ölkə arasındakı danışıqlara baxmayaraq, yaxın həftələrdə ABŞ-ın İrana zərbə endirəcəyini gözləyirlər.

ABŞ-ın mümkün zərbələrinin əsas məqsədi kimi İranın nüvə silahı yaratmaq, həmçinin ballistik raket istehsalı potensialının məhv edilməsi göstərilir. Lakin real olaraq məqsədin İrandakı rejimin devrilməsi olduğu şübhə doğurmur. ABŞ maliyyə naziri Skott Bessentin açıqladığı məlumata görə, ABŞ ötən ilin sonlarına doğru məqsədyönlü şəkildə İranın dollara çıxışını bağlayıb, ölkənin ən böyük bankının iflasına nail olub ki, bu da İran valyutasının kəskin dəyərsizləşməsi və əhali etirazlarına gətirib çıxarıb.

Hazırda ABŞ İran neftinin ixracına sərt nəzarət tətbiq edib, Tehran neftini daşıyan tanker və şirkətlərə sanksiya tətbiq edir. Eyni zamanda, İran neftinin ən böyük alıcısı olan Çinin bu alışları dayandırması üçün tədbirlər hazırlanır. Bütün bunlar yaxınmüddətli dövrdə İranda iqtisadi problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu isə ölkənin ixrac imkanlarını məhdudlaşdıra bilər.

Azərbaycan üçün İranın ixrac potensialının zəifləməsi müəyyən problemlər yarada bilər. Belə ki, İrandan idxalın strukturuna baxdıqda bu ölkə ilə ticarətin dayanmasının, yaxud zəifləməsinin əhalinin aztəminatlı təbəqələri üçün böyük zərər yetirəcəyini görə bilərik. Belə ki, bu halda İrandan idxal edilən və həmin təbəqələr üçün əlçatan olan ərzaq məhsulları, məişət avadanlıqlar, təsərrüfat mallarını daha baha olan digər mənbələrdən tədarük etməli olacağıq. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır.
Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftafa və dəsmala, uşaq oyuncaqlarından tutmuş, geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan böyük həcmdə müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxal olunur.

İrandan idxal olunan bütün məhsullar digər bütün bazarladan alınanlardan ən azı 20 faizədək daha ucuzdur. Bu isə o deməkdir ki, bu ölkədən idxalın azalması, yaxud tamam dayanması aşağı büdcəli ailələr üçün böyük problemlər yarada bilər.

Azərbaycanda qeydiyyatda olan 26 partiyadan yalnız birinin rəhbəri qadındır

690d8ffbeb103690d8ffbeb1041762496507690d8ffbeb101690d8ffbeb102

İksmedia az" "Medianevs az-a istinadən xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 26 siyasi partiyandan yalnız birinin rəhbəri qadındır: 2026-cı il yanvarın 24-də Ana Vətən Partiyasının sədri seçilmiş Günay Ağamalı.Ana Vətən Partiyası 1990-cı il noyabrın 24-də yaradılıb, 1992-ci il avqustun 11-dən dövlət qeydiyyatındadır.65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Milli Məclisin deputatı olan 1983-cü il təvəllüdlü Günay Ağamalı Ana Vətən Partiyasının qurucusu, mərhum siyasətçi Fəzail Ağamalının qızıdır.Fəzail Ağamalı Ana Vətən Partiyasına yarandığı gündən 2026-cı il yanvarın 24-dək sədrlik edib.

Azərbaycandakı qalan 25 siyasi partiyada kişilər rəhbərdir:

Ağ Partiya

Azad Vətən Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Xalq Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Böyük Azərbaycan Partiyası

Böyük Quruluş Partiyası

Demokratik İslahatlar Partiyası

Ədalət Partiyası

Ədalət, Hüquq, Demokratiya Partiyası

Gələcək Azərbaycan Partiyası

Haqq-Ədalət Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Müasir Müsavat Partiyası

Müsavat Partiyası

Respublikaçı Alternativ Partiyası

Vəhdət Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Yeni Azərbaycan Partiyası

Yeni Zaman Partiyası.

Tarixə nəzər salsaq, Azərbaycanda daha bir partiyaya qadın rəhbərlik edib. Lalə Şövkət (Hacıyeva) 1995-2003-cü illərdə qurucusu olduğu Liberal Partiyasında sədr postunu tutub, sonradan lider statusu alıb. 2023-cü il iyunun 24-də Liberal Partiya fəaliyyətini dayandırıb.

Yaxasını açdı, 1 milyon qazandı

jutta

2026-cı il Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında niderlandlı sürətli konkisürən Yutta Lirdam qadınların 1000 metr məsafəyə yarışında 1 dəqiqə 12,31 saniyə nəticə ilə qızıl medal qazanaraq, Olimpiya rekordu müəyyənləşdirib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, altıqat dünya çempionu olan 27 yaşlı idmançı qələbədən sonra sevincini fərqli formada qeyd edib.

O, köynəyinin yaxasını açaraq, altındakı “Nike” loqolu geyimi nümayiş etdirib. Həmin görüntü qısa zamanda sosial şəbəkələrdə 6 milyondan çox baxış toplayıb.

Məlumata görə, bu paylaşımın ardınca idmançı sponsorluq müqaviləsi bağlayıb və 1 milyon dollardan çox gəlir əldə edib. “Nike” isə paylaşımında “Bu qədər sürətli olanda icazə istəməzsən” mesajını yayıb.

Yutta Lirdam qələbəsini “gerçəkləşən xəyal” adlandırıb:

“Bu, həqiqətən də, gerçəkləşən bir xəyaldır, inanılmazdır. Finiş xəttini keçdikdən sonra çox təəccübləndim, çox yorğun və çox emosional idim. Femke Kok, həqiqətən, yaxşı nəticə əldə etdiyi üçün bunun çətin olacağını bilirdim”.

 


 

2 -dən səhifə 29

Oxşar məqalələr