
Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirib.
İksmedia Musavat com-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı məlumat yayıb.Yerli mənbələr bildirir ki, Kokal rayonundakı hərbi mərkəzə və Pakistanın başqa bir nüvə mərkəzinə endirilən zərbələrdən sonra İslamabaddakı xəstəxanaya yüzlərlə ölü və yaralı aparılıb", - deyə məlumatda bildirilir.Qeyd olunur ki, Əfqanıstan-Pakistan sərhədində döyüşlər yenidən başlayıb və Nouşera yaxınlığındakı Pakistan hərbi bazasına zərbə endirilib. Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
