Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

Bir müddətdir “Qarabağ”ın gənc forvardı Nəriman Axundzadənin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılır.

“İksmedia" Qafqazinfo”-dan əldə etdiyi məlumata görə, həqiqətən hücumçu üçün xarici klublardan təkliflər var.

Hazırda tərəflər arasında danışıqlar intensivləşib. Əgər maddi məsələlərdə razılıq əldə olunsa, N.Axundzadə Ağdam təmsilçisindən ayrılacaq.

Məsələ burasındadır ki, futbolçu özü də legioner həyatı yaşamaq istəyir. O bu barədə klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova da məlumat verib.

Q.Qurbanovun onu ötən gün “Şamaxı” ilə kubok matçında ilk “23-lüy”ə salmaması da iddiaları gücləndirib.

Kante İstanbulda

“Fənərbaxça” qış transfer pəncərəsində heyətinə qatdığı Nqolo Kante artıq İstanbuldadır.

“İksmedia" Qafqazinfo”-ya istinadla xəbər verir ki, fransalı yarımmüdafiəçini daşıyan şəxsi təyyarə Sabiha Gökçen Hava Limanına eniş edib.

34 yaşlı ulduz futbolçu hava limanında böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, İstanbul təmsilçisi ulduz futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer etdiyi Kante üçün 14 milyon 400 min avro imza haqqı ödəyəcək. Futbolçunun illik maaşı isə növbəti mövsümlərdə 11 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Kante “Fənərbaxça”nın bu qış heyətinə qatdığı 5-ci futbolçudur.

 

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

İksmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə rəqib olub.

Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.

 

"Fənərbağça"nın qolkiperi ölkəsinə qayıdacaq

"Fənərbağça"nın icarə əsasında "Jirona" klubunda çıxış edən qapıçısı Dominik Livakoviç klubunu tərk edib.

İksmedia Oxu.Az-a istinadən xəbər verir ki, xorvat qapıçı öz ölkəsində çıxış edəcək.

 

O, mövsümün sonuna qədər "Dinamo Zaqreb" klubuna icarəyə veriləcək.

Məlumata görə, Xorvatiya klubu bu keçidə görə "Fənərbağça"ya 300 min avro ödəyib.

Fənərbağçanın qolkiperi ölkəsinə qayıdacaq

27 il əvvəl onların oyunçusu idi, bu gün “Qarabağ”ı çalışdırır

Rusiyanın “Baltika” klubu sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.

“Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına keçmiş “Baltika” oyunçusu məşqçilik edir!”, – deyə klubun rəsmi paylaşımında bildirilib.

Qeyd edək ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Qarabağ”ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.

 
 

 

“Neftçi” yenə “Qarabağ”ı təbrik etmədi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə adlaması münasibətilə təbrik edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, 11 klubdan üçü isə bu təbrikə qoşulmayıb.

Ağdam təmsilçisini təbrik etməyənlər “Neftçi”, “Kəpəz” və “Karvan-Yevlax”dır.

Xüsusilə “Neftçi”nin Azərbaycan təmsilçisinin uğuruna biganə yanaşması müzakirələrə səbəb olub.

“Qarabağ” da öz növbəsində həmin klublara təşəkkürünü bildirib.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə düşərkən də “Qarabağ”ı təbrik etməmişdi. Bu da müzakirə yaratmışdı.

“Papaya de, oyunçu alsın...”

Ötən gün “Liverpul”la qarşılaşmada “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə azərbaycanlı azarkeş arasında maraqlı dialoq yaşanıb. 

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə yayılıb. 

Futbolçu azarkeşlərdən birinin zarafatla dediyi “papaya de, oyunçu alsın”, “Musa, başqana de, oyunçu alsın, pul xərcləsin” sözlərinə gülərək reaksiya verib. 

Qeyd edək ki, Musa Qurbanlı komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur. 

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan “Qarabağ” “Liverpul”a 0:6 hesabı ilə məğlub olub. 22-ci pillədə qərarlaşan təmsilçimiz hazırda pley-off-da mübarizəsini davam etdirir.

 

 

“Qarabağ” 0:6 uduzsa da, bu qədər qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, ağdamlılar “Liverpul”a 0:6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib. 

Qeyd edək ki, bundan öncə “Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“Qalatasaray” klubu “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçla bağlı kəskin bəyanat yayıb.

"İksmedia" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi rəsmi sosial media hesabında “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçu hədəf alan “Bu ölkənin idmanı səndən bezdi, Ali Koç!” başlıqlı yazı paylaşıb.

Klubun sözügedən reaksiyasına səbəb Ali Koçun “Qalatasaray”ın baş məşqçisi Okan Buruka qarşı təhdid dolu ifadələr işlətməsi iddiası olub.

Bəyanatda qeyd olunur ki, A. Koçun Okan Buruku təhdid etməsi sadəcə hüquqi müstəvidə cinayət deyil, həm də futbol sahəsindəki rəqabəti qaranlıq məcralara çəkmək cəhdidir. “Sarı-qırmızılılar” A. Koçu ailəsinin və sahib olduğu holdinqin gücündən istifadə edərək təhdidkar davranmaqda ittiham ediblər.

Bundesliqa klubuna keçən azərbaycanlı - "Xoşbəxt və qürurluyam"

 

Almaniyanın "Hamburq" klubuna keçən qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

İksmedia QOL.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Qeyd edək ki, Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

“Qarabağ” azarkeşləri ilə də dünyanı heyrətlənləndirir

 

La Gambeta əsasən YouTube və sosial media üzərindən fəaliyyət göstərən məşhur idman / futbol məzmunli onlayn media platformasıdır.

İksmedia QOL.az-a istinadən xəbər verir ki, Meksikada fəaliyyət göstərən səhifənin İnstaqramda 1,4 milyon üzvü var.

UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” matçı (3:2) meksikalıların da marağını çəkib. Xüsusən azərbaycanlı azarkeşlər. Səhifə yazır:

“Qarabağ”  azarkeşlərindən işıq şousu!

“Qarabağ” azarkeşləri tribunalarda telefon işıqlarını yandıraraq “Freed From Desire” mahnısının sədaları altında möhtəşəm atmosfer yaratdılar.

“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu zamanı azarkeşlər unikal işıq şousu ilə hər kəsi heyrətləndirdi. Tribunalardakı fanatlar telefonların işıqlarını yuxarı-aşağı hərəkət etdirərək sanki musiqi şousundan çıxmış vizual atmosfer yaratdılar”.

Səhifə bunu həmçinin “Coldplay” adlı ingilis rok/pop qrupunun konsertləri ilə müqayisə edib. Qrup konsertlərində işıq, telefon fənərləri, rəngli biləkliklər ilə möhtəşəm şoular göstərir.

Göründüyü kimi, artıq “Qarabağ” dünyada nəticələləri ilə deyil, həm də fanatlarının diqqətçəkən addımları ilə də təəccübləndirir.

1 -dən səhifə 6

Oxşar məqalələr