Yanvarın son günü 18° dərəcə isti olacaq

Yanvarın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

 

 

Tez həvəsdən düşməyin SƏBƏBLƏRİ

“Bəzən insanlar nə isə etməyə başlayırlar, lakin sonradan həvəsdən düşərək onu axıra kimi çatdırmırlar”.İksmedia xəbər verir ki,

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəbləri barədə danışıb:
“Əslində, hər getdiyimiz yoldan geri qayıtmağa çalışmaq həvəsdən düşmək və ya iradəsizlik deyil. Sözsüz ki, yaşadığımız hekayələr, böyüdüyümüz həyat şəraiti, gördüyümüz işdən hansı formada təsirləndiyimizə nəzər yetirməliyik. Əgər biz hər zaman gördüyümüz işi yarım buraxıb geri qayıdırıqsa, deməli, qurduğumuz planda, özümüzə duyduğumuz dəyərdə və özgüvəndə artıq bir yarımçıqlıq var. Bu yarımçıqlığı tamamlamaq üçün bundan öncə yarım qoyduğumuz işləri həll etmək lazımdır. Bir növ o gücsüzlüyü və iradəsizliyi düzəltməliyik. Daha doğrusu, özümüzü toplamağa başlamalıyıq”.

Ekspert qeyd edib ki, bəzi insanlar bir yolu gedib tamamlamaq üçün ideal olmağa çalışırlar:
“Əslində unuduruq ki, bir yolda hədəfli və planlı olaraq, aram-aram dinlənərək addımlamaq daha gözəldir. Lakin mükəmməl olmağa çalışıb, özümüzə verəcəyimiz “güc” və ya “motivasiya” bizi daha çox həvəsdən salacaq. İlk növbədə böyük bir qüvvə və özümüzü köklədiyimiz böyük bir həyəcanla işə başlayırıq. Ancaq o qədər böyük bir həyəcan, stress və qüvvə ilə “bacaracam, edəcəm” deyib özümüzü yüklədiyimiz və gedəcəyimiz yolda mükəmməliyyətçiliyə yönəldiyimiz üçün bəzi axsaqlıqlar olanda həvəsdən düşürük. Buna görə də yolu yarım buraxmaq düşüncəsi yaranmağa başlayır”.

Psixoloq vurğulayıb ki, həyatda hər şey mükəmməl olmur:
“Gedəcəyimiz yolun bizə nələr qazandırdığını mütləq şəkildə bilməliyik. Bu yolda atacağımız addımların təhsilimiz və ya gələcəyimiz üçün nə qədər önəmli olduğunu düşünməliyik. Bir neçə ilə olsa da, səbr etmək lazımdır. Bunu bacaracağımıza əmin olmalıyıq. Bu yoldakı hədəflərimizi və yeri gələndə narahatçılıq hissləri də yaşacayağımızı da düşünməliyik. 

Bəzən də içimizdə bir qorxu hissi də olur. Düşünürük ki, birdən bacarmasaq bizi qınayarlar və ya getdiyimiz yolda çox çətinliklərlə qarşılaşarıq. Unutmamalıyıq ki, həyat onsuz da mübarizə və mücadilədir. Yəni hansı yolda, hara gediriksə gedək, bu mübarizə və mücadilə ilə mütləq dərəcədə qarşılaşa bilərik”. 

Nabat  Mirzəyeva əlavə edib ki, hansı hədəfə və ya xəyala doğru addımlayırıqsa, o uğurlu yola gedəcəyimiz yolu kiçik-kiçik başlatmalıyıq:
“Necə ki, bir binanın təməli qoyularsa, öncə təməli qazılar, sonra kiçik-kiçik də olsa sütunlar qoyular və betonlar tökülər. Unutmayın, binanın görünən hissəsi məhz sonda düzəlir. Deməli, biz də arzu və hədəflərimizə, xəyallarımıza doğru gedilən yolu get-gedə artırın. Bu gün 20 dəqiqə, sabah 20 dəqiqə, o biri gün 30 dəqiqə, digər gün 40 dəqiqə. 

Yəni bu hədəfə kiçik-kiçik, alışa-alışa o gücü, iradəni, qüvvəni istiqaməti özünüzdə toplaya-toplaya yaratmağa çalışın. Hər daim qorxularınızın əsiri olsınız, keçmiş yaşantılarınızı özünüzü təslim edərsinizsə, gələcəyinizi qurmaqda hər zaman çətinlik çəkəcəksiniz. Çətinlik çəkməməyiniz üçün isə mütləq dərəcədə özümüzə dönməlisiniz”.

Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək?

İksmedia bu barədə HİT.AZ-a istinadən xəbər verir.Bir neçə gündür ki, taksi sürücülərinə fəaliyyətlərinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında icazə veriləcəyi ilə bağlı bildirişlər gəlir.

Yəni zonalar üzrə buraxılışlarda Bakıda işləmək üçün qeydiyyatdan keçənlər Sumqayıtda çalışa bilməzlər və yaxud əksinə. Sürücülər qazanclarına təsir göstərdiyi üçün bu qaydadan narazıdırlar.

Onlar Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, bu qərar düzgün deyil, çünki bir ərazidən digər yerə sərnişin aparan taksi oradan da dolu qayıtmalıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə diqqətə çatdırılıb ki, bu qaydaya əməl etməyənlər 50 manat cərimələnəcəklər.

 

 

Qızıla tələbat artacaq?

QTİSADİYYAT
19:19 / 29.01.2026
184
 

Dünya ölkələrinin dollar əvəzinə, qızıla yatırım etməsi və qlobal bazarlardakı qeyri-sabitlik sözügedən qiymətli metalı dəyərli aktivə çevirib. 

Əslində, qızılın torpaqdan sonra ən dəyərli aktiv hesab edildiyi də danılmaz faktdır. Bəlkə də buna görə vəsaitlərin qızılla saxlanılması dünya ölkələrində geniş yayılıb. 

İqtisadçı ekspert Pərviz Heydərov Hit.az-a şərhində deyib ki, qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər investorlaru çaşqınlığa salıb:

390768

"Eyni zamanda, dövlətlər də öz maliyyə ehtiyatlarında qızıla üstünlük vermək məcburiyyətində qalıblar. Təkcə bizim hökumət makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi, 2025-ci ildə 6 milyard 259.7 milyon ABŞ dolları həcmində qızıl idxal edib. Yəni, nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, dünya iqtisadiyyatının aparıcı ölkələri arasında ticarət anlaşılmazlıqlarında sabitlik yaranmır, enerji resurslarının alqı-satqısı və çatdırılmasıyla bağlı problemlər yaşanırsa, onda qızıla tələbat yüksək olaraq qalacaq".

Günel

"Azərbaycanfilm" ləğv ediləcək?

"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir.

İksmedia Trend-ə istinadən xəbər verir ki, bunu ARKA-nın rəhbəri Rəşad Əzizov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, “Azərbaycanfilm” artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bu mühitdən yararlanmalıdırlar:

"Bu istiqamətdə artıq müəyyən işlər görülür. Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur və hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır".

6 -dən səhifə 29

Oxşar məqalələr