
İngiltərənin “Nyukasl” klubu Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.
İksmedia az"Qafqazinfo”-ya istinadən xəbər verir ki, müraciətdə paytaxtımız barədə məlumat verilib.
Həmçinin azarkeşlərin diqqət etməli olduğu həssas məqamlar qeyd edilib. Xüsusən Ramazan ayı ilə əlaqədar mərasimlərə və Şəhidlər xiyabanına hörmətlə yanaşmağın vacib olduğu bildirilib:
“Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq. Yerli əhali və mədəniyyətə hörmətlə yanaşmağınız vacibdir. Tarixi və memorial yerlərdə davranışınıza diqqət edin. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Nyukasl” matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

