Gənclər böyük potensiala malikdir

genc forum

İyirmi beş il əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bildirmişdir ki, müstqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürdülər.

Müstəqilliyin ilk illərinin acı mənzərəsi yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vağonların altında, uyğunsuz binalara yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı.

Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məslələrdə Heydər Əliyevin irsi əvəzolunmazdır.

Vüsalə İmanova

Masallı şəhər sakini, fəal gənc

Azərbaycan Gəncləri Günü

2fevral

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Buna misal olaraq prezident fərmanları, sərəncamları və dövlət proqramlarını qeyd etmək olar. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib

Qoşqar Əliyev - Təzə Alvadı kənd sakini

İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb

ilham1

Ikinci Qarabağ müharibəsi dövründə ən çətin sınaqlardan birini də Gəncə şəhəri yaşadı. Oktyabrın 11-i gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir.
Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var idi.
"Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır".
Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb: "Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".
Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.
Azərbaycan Prezidenti düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.
Artıq digər azad olunan rayonlarada olduğu kimi, dağıntılar arasında qalan Gəncədə də bərpa-quruculuq işlərinə apaılır. O torpaqlarda çəkilən hər yeni yol, ucaldılan hər yeni tikili torpağın köksünə bu yurdun əbədi və əzəli sahibi Azərbaycanın quruculuq əzminin, dünyaya, bəşəriyyətə töhfə vermək amalının möhtəşəm imzası kimi həkk olunacaq.

Nuranə Muradova

Masallı şəhər sakini

Ermənistanın ordumuza qarşı növbəti təxribatı

kamal salayev
Erməni millətçiləri bir qayda olaraq məkrli niyyətlərini həyata keçirmək üçün Azərbaycana qarşı qəsdən müxtəlif təxribatlara əl atmağa davam edirlər. Buna sübut olaraq, hələ 2021-ci ilin dekabrın 19-da avia.pro saytında ermənilərin Azərbaycan Ordusuna qarşı həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli xəbərini misal olaraq göstərmək olar. Həmin xəbərdə guya iki erməni hərbçisi tərəfindən Azərbaycan Ordusunun iki ədəd T-72 tankının məhv olunduğu qeyd olunur. Həmin xəbərdə guya tankların Berdzor istiqamətində hücum etməyə çalışdığı, ermənilərin isə guya əl qumbaralarından istifadə edərək sözügedən tankları məhv etdiyi qeyd olunur. Bundan əlavə ermənilər üstəlik həyasızcasına guya tank ekipajlarının bacarıqsız olduğunu, ordumuzun hazırlıq səviyyəsinin isə guya aşağı səviyyədə olduğunu qeyd etmişlər.
Qeyd etmək lazımdır ki, baş verən təxribatların günahkarı əslində təcavüzkar və faşist Ermənistan dövləti olduğu halda erməni millətçiləri günahı qəsdən azərbaycanlıların üstünə atmağa çalışırlar. Bununla yanaşı, ermənilər İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətə, itkilərə məruz qaldıqlarını gizlədirlər. Bu baxımdan ermənilər aprel döyüşlərində olduğu kimi, iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə də ciddi itkiyə məruz qaldıqlarını mətbuatdan gizlətməyə çalışırdılar. Ermənistan KİV-ləri guya erməni hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə də yalan məlumatlar yaymışdılar. Lakin bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti operativ şəkildə məsələyə münasibət bildirərək həmin məlumatların dezinformasiya olduğunu, həqiqətə uyğun olmadığını artıq qeyd etmişdi.
Azərbaycan Ordusunun hazırlıq səviyyəsi olduqca yüksək səviyyədədir. Ordumuzun böyük hərbi potensiala malik olduğu göz qabağındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi. Belə ki, bu gün Azərbaycan Ordusu yenilməz ordu statusuna sahibdir.
Bu gün istər döyüş meydanında, istərsə də informasiya məkanında Ermənistan rüsvayedici məğlubiyyətə uğramış bir ölkədir. Milli dövlətçilik tariximizdə İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində əsaslı dönüş baş verdi. 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalaraq erməni vandalizminin qurbanı olmuş Şuşa şəhəri 2020-ci ilin noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanı şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu və beləliklə də tarixi ədalət bərpa olundu. Regionda yeni reallıqlar yarandı. 2021-ci ilin yanvarında Şuşaya səfər edən Prezident İlham Əliyev Şuşada həyata keçiriləcək layihələrlə bağlı öz tapşırıqlarını verdi. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. 2021-ci ilin martında Novruz bayramı zamanı Prezident İlham Əliyevin Şuşaya səfər edərək tonqal yandırması böyük zəfərin rəmzi idi. 2022-ci ilin Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən “Şuşa ili”nin elan olunması isə artıq Azərbaycan mədəniyyətinin tarixində yeni bir əlamətdar hadisədir. Ali Baş Komandanın belə bir qərarı xüsusi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bu gün zəngin mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolu böyükdür. Belə ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdəki bütün tarixi memarlıq abidələri layiqincə qorunur. 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Şuşadakı Qazançı kilsəsinə səfəri, tarixi memarlıq abidələrinə dövlət qayğısını bir daha nümayiş etdirir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Bu baxımdan tarixə nəzər salsaq, hələ 2016-ci ilin Prezident İlham Əliyevin tərəfindən “Multikulturalizm ili”nin elan olunması Azərbaycanda dilindən, dinindən, irqindən, mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün etnik qruplara ehtiram və hörmətlə yanaşıldığından xəbər verir.
Bu gün hərtərəfli bərbad vəziyyətdə olan Ermənistan üçün yeganə çıxış yolu sülhdən və əməkdaşlıqdan keçir. Lakin məlum məsələdir ki, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır. Ermənistanın bu cür rəftarına cavab olaraq isə Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarından birində sülh müqaviləsi təklifinin masa üzərində əbədi qalmayacağını qeyd etmişdir.
Ermənistanın regionda sülhün tərəfdarı olmaması, beynəlxalq hüquq normalarına zidd olan təcavüzkar siyasəti açıq-aşkar dünya mediasında da müşahidə olunur, bu baxımdan Ermənistanın özünü guya günahsız və təzyiq altında olan bir ölkə kimi dünyaya qələmə vermək cəhdləri isə iflasa uğrayır.
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi

20 Yamvar şəhidlərinin qəhrəmanlıq xatirəsi İsveçrədə anılıb

isvec20yanvar22
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı AR-in İsveçrədəki səfirliyi tərəfindən bu gün saat 12:00 radələrində anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində İsveçrənin Lüsern şəhərinə səfər edilmişdir.
Səfirlikdən iksmedia.az saytına daxil olan məlumatda bildirilir ki, tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidəsinin üzərinə gül dəstəsi qoyulmuş, müstəqilliyimizin bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sözügedən abidənin ziyarəti dünyada müstəqillik və azadlıq uğrunda həlak olmuş insanların xatirəsini yad etmək üçün yaranmış bir ənənədir.
İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirlər və bundan irəli gələn yeni sərt tələblər nəzərə alınaraq tədbirdə yalnız səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

19 -dən səhifə 136

Oxşar məqalələr