Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olundu

ilham07

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik. Eyni zamanda, mövcud yol, yəni, sovet vaxtından qalan yol, hansı ki, indi biz ondan istifadə edirik, o da əsaslı şəkildə təmir olunacaq. Yəni, yeni çəkilən yol tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də əlbəttə, vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır.
Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Biz son illər ərzində, deyə bilərəm ki, təqribən 10-15 il ərzində nəqliyyat sektoruna çox böyük əhəmiyyət vermişik. Məhz buna görə bu gün istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilərik, bunu edirik və bizim imkanları artıracaq.
Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik.
Eyni zamanda, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.

Ülvi Rufullayev
Masallı rayon Binə Xocavar kənd orta məkrəbin müəllimi

 

Şuşa Bəyannaməsi dünyaya mesajdır

eril

Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən 15 iyun 2021-ci ildə ölkəmizin, eləcə də Cənubi Qafqazın tarixində yeni səhifə açıldı. Qarabağın tacı olan qədim qala şəhərimizdə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkənin qardaşlıq münasibətləri, alternativsiz müttəfiqlik qızıl dövrünə qədəm qoydu. Mövcud əlaqələr möhkəm bağlarla daha da gücləndi. Şuşa Bəyannaməsi ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığın nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni yol xəritəsi idi.
Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. İlk növbədə bu bəyannamə ilə iki ölkənin münasibətləri yüksələrək zirvə mərhələsinə qədəm qoydu. Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqların işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri ölkəmizə qazandıran Ali Baş Komandan İlham Əliyevə bir daha təbriklərini çatdırmışdı. İki ölkə arasında artan iqtisadi ticarət əlaqələri getdikcə genişlənir,onların iqtisadi potensialı artır. Bu əsasda, bölgədə aparıcı rola malik Türkiyə və Azərbaycan geoiqtisadi məkanda daha fəal olmağa iddialıdırlar. Çünki bu istiqamətdə hər iki ölkənin məqsədi iqtisadi cəhətdən bölgənin daha da inkişaf etdirilməsinə, sülhün daimi olmasına, bölgə xalqlarının dinc yaşamasına şərait yaratmaqdan ibarətdir.
2021-ci il iyunun 15-16-da Azərbaycan tarixində yeni səhifə açıldı. Bu tarixi səfərdə bir sıra ilklər qeydə alındı. İşğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı Türkiyə Prezidenti oldu. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair bəyannamə Bakıda deyil, Qarabağda imzalandı. Böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığını bəyan etdi.

Anar Məmmədov 

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

“Cənubi Qafqaz:İnkişaf və əməkdaşlıq” konfransı

ilmikro

Aprel ayının 29-da Şuşada keçirilən” Cənubi Qafqaz:İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans ADA Universitedində davam etdirilib konfransda ölkə başçısı İlham Əliyev iştirk edib Konfransda iştirak edən möhtərəm prezident gələn qonaqları salamlayaraq çıxışa başlayıb. Konfransa ev sahibliyi etdiyi üçün ADA Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Prezident qeydedib ki, belə görüşlər artıq ənənə halını alıb və çox bəyəniləsi haldır ki biz burada bir çox məsələləri həll edə bilirik
Çıxış zamanı ölkə rəhbəri ADA Universitetinin nüfuzundan da danışıb, bildirib ki, Universitet çox yüksək səviyyəli təhsili beynəlxalq əlaqələri ilə nüfuz sahibi olan təhsil ocaqlarındadır
Prezident, həmçinin gələn qonaqlara Şuşa şəhərinə səfər etdikləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, Şuşa beynəlxalq marağa səbəb olub.
Qonaqlar yol boyunca dağılan evləri, müxətif obyektləri öz gözləri ilə bir daha gördülər. 30 ilə yaxın işğal altında olan ərazilərin son halı qonaqlarda təəssüf doğurdu.
Lakin bütün bunlara son qoyuldu Azərbaycan müharibədən qalib olaraq ayrıldı işğal altında olan ərazilərdə hal-hazırda quruculuq-abadlıq işləri aparılmaqda davam edir.
Prezident İlham Əliyev onuda qeyd etdi ki, bizim məqsədimiz reallıqları beynəlxalq aləmə tanıtmaq idi və biz buna nail olduq. Azərbaycan işğal olunmuş əraziləri azad etməklə bölgədə sülhün bərpasına nail oldu.
Prezident İlham Əliyev bölgədəki vəziyyətin son halı ilədə bağlı məlumat verdi. O qeyd etdi ki işğaldan azad olunmuş torpaqlara maraq böyükdür xarici şirkətlər bizimlə əməkdaşlığa hazırdır. Bu ondan irəli gəlirki Azərbaycanda vəziyyət sabitdir, vətandaşlarımız sülh şəraitində yaşayır.
Prezident İlham Əliyev görüşdə xarici və yerli jurnalistlərin suallarını da cavablandırıb.

Şəkilə Xəlilova
Masallı rayon Qızılağac kənd 1 saylı orta məktəbin müəllimi

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı

diaspor

 Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. İki il əvvələ qədər biz bunu yalnız arzulaya və xəyal edə bilərdik. Bu gün isə bu, yuxu deyil, gerçəklikdir. Bu münasibətlə hər bir azərbaycanlını təbrik edirəm.
Xalqımızın otuz il ərzində etdiyi dualar, dövlətimizin yürütdüyü uğurlu siyasət Qarabağın, Şuşanın azad olunması ilə nəticələndi. Möhtərəm Prezidentimizin dediyi kimi, “Əziz Şuşa, sən azadsan!". Bizə bu sevinci yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdar olacağıq.Bu gün Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı olacaq. İnanıram ki, ötən əsrin əvvəllərində olduğu kimi, Şuşa bundan sonra da Azərbaycan mədəniyyətinin baş kəndi missiyasını üzərinə götürəcək və bu, dünya durduqca davam edəcək.

Fikrət Yaqubzadə
Masallı rayonu Babaküçə kəndi

Azərbaycan ilə Qırğızıstan münasibətləri bu gün

aliyev japarov 3 1

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa Azərbaycan və qırğız xalqlarını dil və din eyniliyi də birləşdirir.
Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. İki dövlət arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Dövlətlər arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2022-ci il 20 aprel tarixində geniş tərkibdə görüşü zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı bir daha vurğulanmışdır.
Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün dövlətlərarası şura da yaradılmışdır. İlk növbədə nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsi tərəflər üçün şox fayda verə bilər. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir geniş nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan da istifadə edə biləcəkdir. Həmçinin kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək, bu sahənin mütəxəssisləri yaxın vaxtlarda Qırğızıstana səfər edəcəklər.
Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər.Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir.

Mürvət Abbasov 

tarix üzrə fəlsəfə doktoru,

Masallı şəhər “Dəfinə” məktəb-liseyi

16 -dən səhifə 136

Oxşar məqalələr