Köhnə düşmənlərin müttəfiqliyi – “Əl-Qaidə” İrana görə ABŞ esmineslərini partladacaqmı?

İksmedia Musavat com.-a istinadən xəbər verir ki,“Əl-Qaidə” terror təşkilatı İran ətrafında artan gərginlik üzündən Yaxın Şərqə yaxınlaşan gələn ABŞ hərbi dəniz qüvvələrinin zərbə qrupuna qarşı "cihad" elan edib.

Bu barədə informasiya yayan beynəlxalq media qurumları bildirirlər ki, radikal islamçılar Birləşmiş Ştatların bölgədəki gücünün artmasını "müsəlman torpaqlarını işğal etmək cəhdi” adlandırırlar və tərəfdarlarını Amerika gəmilərinə qarşı terror hücumları həyata keçirməyə çağırırlar.

111sent.jpg (146 KB)

Söz yox ki, “əl-Qaidə” 26 il əvvəlki qədər güclü təşkilat deyil. O vaxt bu təşkilatın başında fanatik milyarder Üsamə bin Laden vardı və o, bir yanı Əfqanıstanda, o biri yanı daxili sabitliyi olmayan ərəb ölkələrində ciddi şəbəkəyə malik idi. Bin Laden öz ətrafında fanatik döyüşçülər, muzdlu terrorçular dəstəsi təmərküzləşdirmişdi. “Cihad” edərək cənnətə düşəcəklərinə inanan yüzlərlə kamikadze “əl-Qaidə” rəhbərliyinin bir əmri ilə diri gözlü ölümə getməyə hazır idi və bunu 1998-ci ildə Keniyanın paytaxtı Nayrobidə, 2000-ci ildə Ədən körfəzində, 2001-ci ilin 11 sentyabrında isə daha dəhşətli formada ABŞ-də həyata keçirdilər. Sonuncu terror aktında “əl-Qaidə” üzvləri qaçırdıqları təyyarələri əkiz qüllələrə, Pentaqonun binasına çırpmaqla 21-ci əsrin ən böyük terror aktını törətdilər.

laden.jpg (41 KB)

İndi nə bin Laden var, nə də “əl-Qaidə”nin geniş şəbəkəsi. Bu terror təşkilatı ərəb ölkələrində özünü “İraq-Şam İslam Dövləti” adlandıran terror qruplaşmasına və onu formalaşdıran təşkilatlara, Əfqanıstanda isə “Taliban”a uduzublar, necə deyərlər, terror dərnəyinə çevriliblər.

Bununla belə, aydın olur ki, “əl-Qaidə” öz nüvəsini, mərkəzi aparatını qoruyub saxlayır. ABŞ-nin hərbi dənizçilərinə qarşı elan edilmiş “cihad” da məhz həmin mərkəzdən yayılıb.

Ancaq təbliğat platformaları vasitəsilə yayılan bu bəyanat elə təbliğat səciyyəsi, “ölməmişik, mövcuduq” mesajı daşıyır. Təşkilatın çağırış ilə "müsəlman torpaqlarını ələ keçirməyə çalışan sionistlər” (İsrail dövləti nəzərdə tutulur) və “xaçlılar”a (ABŞ və Qərb ölkələri) qarşı terror aktları törətmək üçün kimlərin ayağa qalxacağı bəlli deyil. Düzdür, belə qüvvələr var, ancaq onlar bunu “əl-Qaidə”nin çağırışı və göstərişi ilə yox, öz iradələri ilə, lazım bildikləri zamanda və məkanda həyata keçirməyi düşünürlər.

daqvin.jpg (176 KB)

ABŞ-nin Afrika ölkələri üzrə hərbi komandanlığının (AFRICOM) rəhbəri general Daqvin Anderson isə bu təhdidi ciddi sayıb və ”əl-Qaidə”dən gələn təhlükə barədə xəbərdarlıq edib. Brifinqdə çıxış edən komandan Pentaqonun qlobal terror şəbəkələrinin artan fəaliyyətini problem kimi dəyərləndirib. O, Burkina Faso, Mali və Niger, eləcə də digər Qərbi Afrika ölkələrini əhatə edən Sahel alyansını “əl-Qaidə”nin fəaliyyəti üçün ən böyük risk zonası elan edib.

İndiyə qədər əsasən İsrail dövləti dünyanın hansısa bir yerində səslənən terror hədələrini ciddiyə alır, əks-tədbirlər görmək üçün hərəkətə keçirdi. İndi amerikalılar da elə edilər. Bu da ondan irəli gəlir ki, səsləndirilmiş terakt hədələrinin çoxu əvvəl-axır reallaşdırılıb. Ona görə də ABŞ və İsraildə belə bir qənaət yaranıb ki, terrorçular havayı söz demirlər, dilləri varsa, dilçəkləri də var, əllərinə fürsət düşən kimi qisas aktı törədirlər.

koul.jpg (140 KB)

“Əl-Qaidə”nin dənizdə, ABŞ hərbi dəniz qüvvələrinə qarşı 12 oktyabr 2000-ci ildə törətdiyi terror aktı unudulmayıb. O zaman Yəmənin Ədən şəhərində dörd saatlığa lövbər salmış “USS Cole” esminesinə rezin qayıqda yaxınlaşan iki kamikadze gəmin gövdəsində partlayıcı maddələri partladıblar. Esminesin yan tərəfində 12x12 metrlik bir dəlik açılıb. Partlayışda 17 heyət üzvü həlak olub, 39 nəfər yaralanıb. Daha sonra “əl-Qaidə” üzvləri 6 oktyabr 2002-ci ildə Ədən körfəzində Fransanın “Limburq” tankerinə qarşı oxşar modeldən istifadə ediblər. Partlayıcı maddələrlə dolu, məsafədən idarə olunan qayıq gəminin yanına göndərilib. Partlayış və atəş nəticəsində bir nəfər həlak olub, 10-dan çox insan yaralanıb. “Limburq”un daşıdığı neft dağılıb və bu da Ərəbistan dənizinin balıq ehtiyatları ilə zəngin olan bu bölgəsinə böyük ekoloji təsir göstərib.

Hazırda ABŞ-nin zərbə qrupu (“USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və səkkiz “Arleigh Burke” sinifli esmines) Ərəbistan, Aralıq və Qırmızı dənizlərdə yerləşdirilib. Bu qüvvələr yanvarın əvvəlindən bəri siyasi sistemə və pisləşən həyat şəraitinə etiraz edən insanları qəddarcasına məhv edən teokratik rejimə zərbə endirmək üçün prezident Trampdan əmr gözləyir. Srağagün ABŞ vitse-prezidenti Ceyms Devid Vens hərbi əməliyyatların hələ də bir seçim olaraq qaldığını və Ağ Evin zəruri hesab edəcəyi təqdirdə Pentaqonun tətiyi çəkəcəyini bildirib.

esmn.jpeg (6 KB)

Ən diqqətçəkən məqam odur ki, indiyədək İran və “əl-Qaidə” həmişə mürəkkəb münasibətlərə malik olublar və heç zaman bir-birini həzm etməyib, hətta bir-birinə qarşı mübarizə aparıblar. Dünənə qədər “əl-Qaidə” İran əhalisinin əksəriyyətini təşkil edən şiələri kafir (rafizi) hesab edir, lənətləyirdilər. İranın da onların etiqad etdiyi məzhəbə iddia və iradları vardı. İndi onları sözdə olsa da müttəfiq edən ABŞ düşmənçiliyidir. İran da, “əl-Qaidə” də həm ABŞ-ni, həm də İsraili əsas düşmən sayırlar.

Beynəlxalq ekspertlər hesab edirlər ki, bu transmilli terror şəbəkəsi sadəcə İran böhranından istifadə edərək öz varlığını yenidən hiss etdirməyə çalışır. Əslində isə “əl-Qaidə” İrandan ötrü öz strukturlarını təhlükəyə atmayacaq. Terror çağırışı etmək hələ terror aktı törətmək üçün hərəkətə keçmək deyil.

Məşhur lətifədə deyildiyi kimi, pişikdən qorunmaq üçün onun boynuna zınqırov asmaq yaxşı ideyadır, amma həmin zınqırovu pişiyin boynuna hansı siçanın asacağı problemdir.

 

İsraildə GƏRGİNLİK: ABŞ-İran danışıqları daxildə böhran YARATDI

  120  06.02.2026 16:52  Dünya  

İsrailin hərbi-siyasi rəhbərliyi Amerika və İran arasında danışıqların perspektivləri ilə bağlı fikir ayrılığı yaşayır, ölkə daxilində bu mövzuda vahid mövqe yoxdur.

İksmedia Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Al-Monitor" portalı İsrail hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

İsrail rəhbərliyi Vaşinqtona Tehranla danışıqlara təsir imkanlarının məhdud olduğunu birgə şəkildə etiraf edir.

Eyni zamanda, hərbi kabinetin bir hissəsi danışıqlar prosesinin tamamilə pozulmasını dəstəkləyir və İranla nüvə proqramı və regional təhlükəsizlik məsələlərində razılığa gəlməyin mümkün olmadığını hesab edir.

Sərt mövqeyi müdafiə edənlər ABŞ-nin İrana hərbi zərbə endirməsini təklif edir, eyni zamanda Vaşinqtonla dialoqda geniş kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını bildirir və birgə hərbi əməliyyat imkanlarını nəzərdən keçirirlər.

Mənbələrin verdiyi məlumata görə, İsrail ABŞ-dən “İrana qarşı əməliyyat azadlığı” təmin etməsini də xahiş edib.

İsrail rəhbərliyində danışıqlar yanaşmasını dəstəkləyənlər isə iki qrupa bölünüb. Bir qrup hesab edir ki, Vaşinqton yalnız nüvə proqramı ilə bağlı deyil, həm də ballistik raketlər və İsrailə qarşı təhdidlər məsələlərində genişmiqyaslı razılaşmalar əldə etməlidir. Digər tərəf isə xəbərdarlıq edir ki, belə yanaşma prosesi poza bilər və ABŞ-nin minimal tələblərə fokuslanması daha məqsədəuyğundur.

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar cümə günü Omanda keçirilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiff Uitkoff rəhbərlik edir.

Dünyanın ən varlı insanının bu paylaşımı müzakirə yaratdı

Dünyanın ən varlı adamı kimi tanınan İlon Mask sərvət və xoşbəxtlik anlayışları ilə bağlı maraqlı paylaşım edib.

“İksmedia" Qafqazinfo”-ya  xəbər verir ki, təxminən 850 milyard dollarlıq xalis sərvəti ilə planetin ən varlı insanı hesab olunan Mask maddi imkanların insanı xoşbəxt etməyə yetmədiyini bildirib.

“Pul xoşbəxtliyi satın ala bilməz” deyən şəxs, həqiqətən, nə dediyini bilirdi”, - Mask paylaşımında yazıb.

Paylaşıma ağlayan “emoji” əlavə etməsi isə izləyicilər arasında müzakirələrə səbəb olub.

“Forbes” və “Bloomberg” kimi qlobal sərvət indekslərinə əsasən, İlon Mask 2026-cı il etibarilə dünyanın ən varlı adamı olaraq qalır. Onun paylaşımı böyük maddi gücün insanın daxili rahatlığını və məmnunluğunu təmin etmədiyi mesajı kimi dəyərləndirilib.

 
 

“Yeni bir müharibəyə şahid olmaq istəmirik”

“Bölgəmizin yeni bir müharibəyə şahid olmasını qəti şəkildə istəmirik”.

“İksmedia” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Şarkul Avsat” qəzetinə müsahibəsində bildirib.

“Təcrübə göstərir ki, bölgənin dəyərlərini, kimliyini, keçmişini və gələcəyini dərk edə bilməyən ssenarilər bölgəyə daha çox ağrı və faciə gətirəcək, təhlükəsizlik və sülhü təmin etməyəcək”, - Ərdoğan mümkün ABŞ-İran müharibəsinin qarşısının alınması ehtimalı və bu məsələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi regional güclərin oynaya biləcəyi roldan bəhs edərkən deyib. 

“Qəzza, İraq, Suriya və Əfqanıstanda bu cür ssenarillər yaddaşımıza yaralar və faciələrlə həkk olunub. Müharibəyə səbəb ola biləcək istənilən addıma qarşıyıq, bölgədə təhlükəsizlik və sülhün bərqərar olması ehtimalını gücləndirən hər bir təşəbbüsü dəstəkləyirik”.

Problemlərin dialoq və sağlam düşüncə yolu ilə həll edilməsinin zəruriliyinə diqqət çəkən Ərdoğan İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşı olduqlarını bildirib.

Dövlət başçısı gərginliyi azaltmaq və problemləri həll etmək məqsədilə İranla ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduqlarını diqqətə çatdırıb.

 

 

Vens Milandan sonra Azərbaycana səfər edəcək

 

 

 

 

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qış Olimpiya Oyunlarının açılış mərasimində Vens həyat yoldaşı Uşa Vens, dövlət katibi Marko Rubio və ABŞ-nin İtaliyadakı səfiri Tilman Fertittanın da daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

“İtaliyadan sonra Vens Ermənistan və Azərbaycana səfər edəcək. Burada Tramp ona iki ölkə arasında 30 il davam etmiş münaqişəyə son qoymağı hədəfləyən saziş hazırlamağı tapşırıb”, - məlumatda deyilir.

Bununla belə, ABŞ vitse-prezidentinin Azərbaycana və Ermənistana hansı tarixlərdə səfər edəcəyi açıqlanmır.

Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-sı baş tutacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp C.Vensin fevralda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamışdı.

 

İran Türkiyəni istəmədi - Təklifi qəbul edildi

İran ABŞ ilə 6 fevrala planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsini istəyib. 

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “Axios” nəşri ərəb mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, İran tərəfi danışıqları Türkiyədə deyil, Omanda keçirməyi xahiş edib. Onlar həmçinin danışıqların yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsini, görüşdə ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi iştirakını istəməyib. 

Ərəb mənbələri ABŞ Prezidenti Donald Trampın administrasiyasının İranın xahişini qəbul etdiyini açıqlayıb. Danışıqların fevralın 6-da Omanda keçiriləcəyi gözlənilir. Digər region ölkələrinin Omandakı danışıqlara qoşulub-qoşulmayacağı barədə müzakirələr isə davam edir. 

Xatırladaq ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verdiyi barədə xəbər yayılmışdı. Görüşün yaxın günlərdə Türkiyədə keçiriləcəyi bildirilirdi.

 

 

 

Rusiyada təlim təyyarəsi qəzaya uğradı - Ölənlər var

Rusiyanın Orenburq vilayətinin Orsk şəhəri yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb. 

“İksmedeia" xəbər  verir ki, bu barədə TASS məlumat yayıb. 

Hadisə nəticəsində üç nəfər həlak olub.

ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bu addımı tənqid olundu

ABŞ Ədliyyə Nazirliyi məşhur maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallar arasında onlarla çılpaq qız şəkillərini yayımlayıb.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Məlumata görə, nazirliyin saytında üzləri bulanıqlaşdırılmamış və ya örtülməmiş insanların əks olunduğu 40 kadr yerləşdirilib. Bildirilir ki, şəkillər Epşteynin adasında, yataq otaqlarında və maliyyəçiyə məxsus digər otaqlarda çəkilib. Kadrlarda əks olun bu insanların bəziləri yetkinlik yaşına çatmamış şəxslər olub.

Vəkillərin sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları bu işdə etinasızlığa yol veriblər, belə ki, onlar cinsi xarakterli təsvirləri dərc etməzdən əvvəl qurbanların identifikasiya edilməməsi üçün bu şəkilləri redaktə etməli idilər. Onlar 180 min şəkildə Epşteynin cinayətləri ilə əlaqəli ola biləcək məşhurların adlarının diqqətlə gizlədildiyi halda, qurbanların kadrlarının senzurasız yayımlandığı üçün narazılıqlarını ifadə ediblər.

Məlumata görə, sərt tənqidlə üzləşən nazirlik daha sonra etik normalara uyğun olmayan şəkillərin əksəriyyətini silib.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

 

Yer kürəsinə bənzəyə biləcək planet kəşf edildi

Astronomlar Yer kürəsinə bənzəyə biləcək planet kəşf ediblər.

İksmedia Metbuat.az-a istinadən xəbər verir ki, yeni planet orbitini 355 günə tamamlayır. Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan astronomlar tərəfindən kəşf edilən yeni səma cisminin Yerlə bəzi xüsusiyyətləri paylaşması diqqət çəkir. Astronomlar bu obyektin Günəşə bənzər ulduzun ətrafında fırlandığını, Yer kürəsindən cəmi 6% böyük olduğunu və müəyyən ediblər.

Yeni planetin Yerdən 146 işıq ili uzaqlıqda yerləşdiyi bildirilir. Yeni planetin səth temperaturunun Marsla oxşar olduğu və mənfi 70 dərəcə selsiyə qədər enə biləcəyi qeyd edilib.

Araqçı sabah Türkiyəyə gedir

İranın xarici işlər naziri Seyid Abbas Araqçı sabah Türkiyəyə səfər edəcək.

“İksmedia"  “Hürriyet”ə istinadən xəbər verir ki, o, türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.

Görüşdə regional təhlükəsizlik və sabitlik üçün ikitərəfli münasibətlər müzakirə olunacaq.

Altbölüm

1 -dən səhifə 32

Oxşar məqalələr