2022-ci il prezidentlik yarışına daha bir “marafonçu" qoşulur

arno
Fransada 2022-ci ildə keçiriləcək prezident seçkilərində daha bir namizəd gücünü sınamaq qərarına gəlib. Bu Ağno Montebuğq adlı siyasi fiqurdur. Onun fikri “iki Fransa” ilə dialoqda seçkilərə qatılmaqdır. Bu haqda Fransa KİV-ə istinadla İKSmedia.az xəbər verir.
Seçkiləri gözləyən keçmiş nazir Ağno Montebuğq deyir ki, “qarşı-qarşıya duran iki Fransa" ilə razılaşmır və stereotip çərçivələri dağıdaraq bütün əhali təbəqələrinə müraciət etmək fikrindədir. O, yanvarın 25-də Kot –d “Ağmoğ departamentinin Lanninon şəhərinin ərazisində yerləşən Nokia-nın həmkarlar təşkilatı və əməkdaşları ilə görüşüb. Etiraz edin və baxın ki, ölkə necə reaksiya verir. O, bu devizlə ölkə üzrə tura başlayıb. Çərşənbə axşamı Bğotanda olub və 2022-ci il prezidentliyinə öz namizədliyini irəli sürməjk üçün əhalinin nəbzini yoxlayıb. Ağno Montebuğq deyir ki, Emmanuel Makğon və Maği Lö Pen arasında başlanmış duelə başqa varian təklif edərək  "başqa gələcək yaratmaq" istəyir. İşə girişərək o, həmklarlar təşkilatlarını dəstəkləyir və Fransada “sarı jiletlilər” kimi tanınan sənətkarlarla görüşür.
Artıq bir aydır A.Montebuğq deyir ki, “ölkəni xilas” etmək üçün soldan və sağdan olan suverenistləri birləşdirmək iştəyir. İrəli Respublika partiyasının Qiyom Peltye yaxud Mağk Lö Fuğ kimi rəhbərləri onun proteksionizminə tərəfdardırlar. Hətta Maği Lö Pen “Ağno Monteburqla eyni xətdədir” deyərək bu mövqeni alqışlayır.
İKSmedia.az

Rusiyalı tələbələr ermənilərin mətbuat mafiyasına qarşı

simonyan və kesoyan


Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri Keosayan və Simonyanın cəzalandırılmalarını tələb edirlər
Təhqir və təhdidlərə dözməyən gənc rus jurnalistlər od püskürürlər. Onların səsinə isə yalnız mətbuatdan təkəm-seyrək dəstək gəlir. Bu günlərdə, elə rus mətbuatının yazdığına görə, MDU-nun jurfakının tələbələri Mətbuata şikayət üzrə İctimai kollegiyaya “Mejdunarodnaya pilorama” (“Beynəlxalq mişar”) verilişinin məzmununa görə şikayət ünvanlayıblar. Onların fikrincə, bu veriliş öz rasist və ksenofob çıxışları ilə jurnalistikanı hörmətdən salır.
Tələbələrin ərizəsində deyilir ki, verilişdə istifadə edilən müqayisə və formullar yalnız sadəcə hörmətsizlik deyil, həm də təhqiramizdir və Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 282-ci maddəsinə - nifrət və ya ədavətə təhrik, cinsiyyət, irqi əsasda insan ləyaqətinin, milliyyətin, dilin, mənşəyin alçaldılması və s. bu kimi əməllərə görə məsuliyyət altına düşür. Tələbələr hesab edirlər ki, “Mejdunarodnaya pilorama” proqramlarının (NTV-də Tiqran Keosayan aparır, verilişin rus auditoriyasını qoyun sürüsünə çevirməyə istiqamətlənmiş ssenarisini isə onun həyat yoldaşı Margarita Simonyan yazır) məqsədi məlumatların mahiyyətini qərəzli və birtərəfli işıqlandırmaq və yalan şərh etməklə kütlələrə çatdırmaqdır.
Tələbələr Mətbuat şikayətləri üzrə İctimai kollegiyadan xahiş edirlər ki, “Mejdunarodnaya pilorama” jurnalistlərinin və o cümlədən aparıcı Keosayan tərəfindən materiallara belə şərhlər verilməsinin peşəkarlıq və hüquqi baxımdan qiymətini versin.
Sosial şəbəkələrdə “Afərin tələbələr!” – deyə, yazırlar, “onlarda vicdan və iyrənmə var”. İyrənmə o mənadadır ki, “Mehdunarodnaya pilorama” layihəsi ilə translyasiya olunan verilişlərə baxandan sonra tamaşaçıda belə bir hiss formalaşır. Simonyan-Keosayan cütlüyü Rusiyanın imicinə əhəmiyyətli ziyan vurur, rus jurnalistuikasının peşə meyarlarını və rus auditoriyasının mənəvi istiqamətlərini dəyişdirir.
Ancaq heç kim inanmır ki, kütlələrin “Mister və missis Dib” adlandırdıqları bu cütlük hansısa cəzaya məruz qalacaq. Axı, bu Keosayan kimdir? O bu əhvalatda uzaqbaşı hoqqabazdır, icraçıdır. Rus jurnalistikasını və auditoriyasını ələ salan bütün bu işlərin başında Marqarita Simonyan durur. O eyni zamanda Keosayanın arvadı və rusiyalıların qavrama qabiliyyətini və ağlını təhqir edən bayağı və təxribati verilişlərin ssenarilərinin müəlifidir. Bəzi daydayılar (Moskvadan və Vaşinqtondan olan) Rusiyanın MİA “Rossiya seqodnya”, RT telekanalı, RİA Novosti, Sputnik və s. agentliklər kimi dövlətin iri media holdinqlərini Marqarita Simoinyanın nəzarətinə verməklə onu rus jurnalistikasının olimpinə qaldırıblar.
Marqarita Simonyanı kim və nə üçün rus jurnalistikasının “bədheybət”inə çevirib, bu sabun köpüyünə hədsiz ixtiyar verib, bu, ayrıca məsələdir. Lakin rus jurnalistikasına vurulan ziyan, xüsusilə də Keosayan və Simoinyan tərəfindən, geniş rus auditoriyası səviyyəsində müzakirə mövzusuna çevrilib. Rusiyalı tələbələrin bu şəxslərin həyata keçirdikləri fəaliyyətə uyğun qaydada reaksiya göstərmək tələblərinə gəldikdə isə, bu, simonyanların və keosayanların həqarətinə verilmiş rus jurnalistikasında dərin”pilodram”ın olmasından xəbər verir.
P.S. Yanvarın 27-də Kollegiya tələbələrin şikayətinə baxmalı idi. Lakin bu qurumun hansısa konkret bir rəyə gəlməsini gözləməyinə dəyməz. Axı, o, ictimai qurumdur. Üstəlik, Rusiyada erməni satqınların, fırıldaqçıların əl-ayaq açdıqları sahə təkcə jurnalistika deyil. Onlar daha ciddi, məsələn, dövlət strukturlarında özlərinə əməlli-başlı yer ediblər və Rusiyanın daxili və xarici siyasətinə təsir etməyi bacarırlar. Bu “bacarığı” isə elə Rusiya dövləti özü onlara verib. Bu səbəbdən simonyanların və marqaritaların Rusiyada hələ üzün zaman “at oynatmaqları” gözləniləndir.
N.NOVRUZ

 

 

Pandemiyaya görə Niderlandda ara qarışıb

niderland


Koronavirusun həmləsindən ciddi problemlərlə qarşılaşan Niderland hökuməti ötən şənbə günü ölkədə komendant saatı tətbiq etməyə məcbur olub. Fevralın 9-na qədər axşam saat 21-dən səhər saat 4:30-a qədər evdən bayıra çıxmaq yasaq edilib. Qaydanı pozan hər bir kəs 95 avro məbləğində cərimə edilir.
Bu, ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq tətbiq edilən komendant saatı idi. Lakin əhali bu tədbiri lüzumsuz sayıb və hökumətin qərarına asayişi pozmaqla cavab verib.
Komendant saatı barədə qərar şənbə günü verilib. Səhərisi isə ölkənin böyük şəhərlərində qərara etiraz əlaməti kimi iğtişaşlar başlayıb. Amsterdamda, Eynhovendə və liman şəhəri Rotterdamda etirazçılar mağazaların vitrinlərini sındırıb, malları qarət edib, avtomoibillərə od vurub yandırıblar. Polisin və KİV-in yaydığı məlumatlara görə Haaqa və Den Boş, habelə Maastrixtin yaxınlığındakı kiçik Helen şəhərciyi də iğtişaşlardan lərzəyə gəlib.
Etirazçılarla polis arasında başlanan qarşıdurma nəticəsində 250 nəfər saxlanılıb.


İKSmedia.az

Portuqaliyada prezident seçkisində istefaya getmiş Marselo Rebelo de Souza yerində qalıb

souza


Yanvarın 25-də keçirilən seçkinin ilk turunda seçicilərin 61,6 faizinin səsini qazanmağı bacaran mülayim mühafizəkar M.Rebelo de Souza ilk turda qələbə qazanmaqla ikinci, daha gərgin turdan özünü xilas edib. Bu haqda Assoşieyted Frans Press agentiliyə istinadən Fransanın “Le monde” qəzeti xəbər verir.
Portuqaliya: vəzifəsindən gedən prezident Marcelo Rebelo de Sousa ilk turda geniş şəkildə yenidən seçildi Mülayim mühafizəkar, son nəticələrdə səslərin 61,6% -ni qazandı və onu ikinci tura çıxmaqdan qurtardı. Yanvarın 25-i sübh saatlarına qədər dairələrin 98 faizinin bülletenləri sayılıb. Artıq Souzanın qələbəsinə şübhə yoxdur. Belə ki, Avroparlamentin keçmiş deputatı-sosialist Ana Qomeş 12, 24 faiz səslə ikinci yerdə, ifrat sağçı namizəd Andre Ventura isə 11,9 faiz səs toplamaqla üçüncü yerdə qərarlaşıb.
Beləliklə, hazırkı dövlət başçısı, 72 yaşlı keçmiş hüquq professoru, televiziyada siyasi şərhçi kimi məşhurlaşmış Marselo Rebero de Souza ikinci müddətə Portuqaliyanın prezidenti seçilib.


İKSmedia.az

Rus mediası təhlükədədir

Əsas vəzifələrdə qərarlaşmış ermənilərin satqınlığı Rusiyada təşviş yaradıb“gradator.ru” saytının həyəcanı

simonyan abş

Rus vətənpərvərlərin fikrincə, ABŞ-ın yeni prezidenti Baydenin komandası Rusiya KİV-i və İT-ı idarə olunmasına erməni diasporu vasitəsilə açar əldə edə bilər. Respublikaçı prezident Trampın hakimiyyətinin bitməsi ilə ABŞ-dakı erməni lobbisi təsirli qırmanc əldə edib.
Rəqəmli-qlobalçıların Trampın yumşaldılmasında əsas rol oynayan informasiya platformaları güclü silahdır, məlum olduğu kimi isə, dünyanın bir çox ölkələrində KİV və yeni texnologiyalar sahəsində erməni kapitanlar liderdirlər. Bu mənada Rusiya kifayət qədər kədərli nümunədir.
Tramp əksər media ilə dostluq etmirdi, belə ki, erməni şəbəkəsinin üzvlərinə xüsusi imtiyazlar vermirdi. Buna görə də erməni lobbisi Ştatlarda özünü dünyada insan haqlarının, azadlıq və demokratiyanın beşiyi sayanların - Baydenin və onun komandasının Ağ evə gəlməsini alqışlayır. Bayden erməni həmfikirlərinə qarşılıqlı cavab verərək onların sırasında yüksək vəzifələrə təyinatlar edib.
Məlum olduğu kimi, Ayk Hacınəzəryan Bayden administrasiyasında Ağ evin regional ünsiyyətlər şöbəsinin rəhbəri təyin edilib. Ağ evdə yeni təyinat barədə deyirlər ki, bu “ixtisaslı, yoxlanılmış və təcrübəli mütəxəıssislər ilk günlərdən nəticə verməyə hazırdırlar”. Belə ki, Ayk Hacınəzəryan Qərbi Pensivaniyada Baydenin seçkiqabağı kampaniyasının mətbuat katibi olub. Buna qədər isə o, Nyu-hempşir, Nevada, Texas, Ohayo və digər ştatlarda praymeriz və ümumi seçkilər vaxtı informasiya dəstəyini təmin edib.
Haıinəzəryan Ohayo ştatının Kolumbus şəhərində, Livandan olan erməni miqrantın ailəsində doğulub. Sputnik Armeniya xəbər verir ki, o, İndiana Universitetinin və Corc Vaşinqton Universitetinin Ali siyasi idarəetmə məktəbinin məzunudur. Yeri gəlmişkən, Sputnik Armeniya Marqarita Simonyanın rəhbərlik etdiyi formal rus agentliyidir və artıq dünya erməni diasporunun media orqanı adlandırmaq olar.
Co Baydenin ABŞ prezidenti kimi təsbit edilməsi ilə hər gün qlobalistlərin Rusiyada soyuq nəfəsinin hücumu hiss olunacaq. Unutmaq olmaz ki, Ukraynada “çəhrayı inqilab” bilavasitə Baydenin postsovet məkanı üzrə böyük mütəxəssisin rəhbərliyi altında baş tutub. Bundan sonra Ukraynanı Rusiyanın xarici düşməninə çeviriblər və o vaxtdan rəqəmsal-qlobalçılar Ukraynanın zəngin resurslarını çeynəməyə başlayıblar. Bu zaman Rusiya və Ukrayna cəmiyyətləri ermənilərin rəhbərlik etdikləri Rusiya KİV-i tərəfindən qarşılıqlı informasiya müharibəsinə cəlb olunublar.
Gözləmək olar ki, Baydenin Rusiyaya və bütövlükdə MDB-yə “xüsusi” münasibətinə görə o, elə bu ildən başda Rusiya olmaqla bu geosiyasi məkana nəticələri olan ciddi diqqət ayıracaq. Nəzərə alınsa ki, KİV və İT erməni lobbisinin idarəçiliyi altındadır, onda Bayden komandası Rusiya informasiya-innovasiya idarəçiliyinin kod və açarını əldə edə bilər.
Görün, RT-nin baş redaktoru Marqarita Simonyan Teleqram-dakı hesabında nə yazır: “Mən yeniyetmə vaxtlarımda ABŞ-da yaşayırdım. Diqqətəlayiqdir ki, orada danışardılar, ot çəkərdilər, crystal meth mənimsəyərdilər, təkərlər altında dinozavrlar və qaxaclanmış lgbt olrdı, hələ şən qrupları demirəm, səhərlər sinifin yarısı xatırlamırdı ki, onlar axşam sekslə məşğul olublar, ya yox, əgər olublarsa, onda kiminlə!
Və Simonyan, Xudaverdiyan, Tadevosyan, Qabrelyanov kimi nə qədər erməni özlərini “rus vətənpərvərləri” adlandırsalar da, erməni diasporu bir-biri ilə əlaqəsi olan damarlardan ibarət dünya şəbəkəsidir. Bu şəbəkənin idarəetmə mərkəzi Moskvada yerləşmir. Rusiya mediası və informasiya texnologiyaları sahəsində kadr islahatları aparmağa hələ vaxt var.

İKSmedia.az

 

Fransa: 2022-ci ilin prezident seçkilərinə indidən ciddi hazırlıq gedir

cekob
Gələn il Fransada növbəti prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Emmanuel Makronun əsas rəqiblərindən biri, bəlkə də birincisi mühafizəkar Respublikaçılar partiyasının sədri Kristian Cekobdur. Mühafizəkarların rəhbəri artıq indidən fəaliyətə başlayıb. O, 65583 üzvü birləşdirən partiyanın fəallarına məktub göndərərək onları “qələbə” axtarışına çağırıb.
K.Cekob partiya fəallarını 2022-ci il prezident seçkisi yolunda onun namizədliyini dəstəkləməyə çağırıb: “Sən mənimlə yanaşı getsən, bilirəm ki, sənin dəstəyinlə qarşıdakı aylarda bizim hamımızın can atdığımız qələbəyə doğru gedən yolda qarşımıza çıxan bütün maneələri dəf etmək üçün bütün vəsaitlərimiz olacaq”. 16 səhifəlik qəzet həcmində olan partiya sədrinin müraciəti iki-üç aydan bir paylanacaq.

Fransızlar “köhnə palanın içini” qurddalayaraq cinayətin üstünü açıblar


Fransanın Le monde qəzetinin “Karaçi işi: Eduard Balladur və Fransua Leotar nəhayət Respublika Ədalət Məhkəməsində mühakimə olunurlar” başlıqlı məqaləsində keçmiş cinayət işinin yenidən gündəmi zəbt etdiyindən yazır.

balladur

(sağda) Balladur və (solda) Leotar


Hadisədən iyirmi beş il keçdikdən sonra keçmiş baş nazir və keçmiş müdafiə naziri 1995-ci il prezidentlik kampaniyasının gizli maliyyələşdirmə sistemində iştirak etdiklərinə görə yanvarın 19-dan “məhşər ayağına” çəkilib. 12 parlamentçi və 3 peşəkar məhkəmə hakimi qarşısında tezliklə 92 yaşı olacaq Eduard Balladıur və 78 yaşlı Fransua Leotar cinayət məsuliyyətinə cəlb ediləcək. Yeri gəlmi8şkən, Eduard Balladur erməni əsilli fransız vətəndaşıdır.
İKSmedia.az

Belfortda hadisə: iki yeniyetmə ata-balanı ölümdən qurtarıb

iki yeniyetmə
Fransanın şimal-şərqindəki Burqonye departamentinin Belfort şəhərində yanvarın 10-da gözlənilməz hadisə baş verib. Şəhərin Dus parlənda oynayan iki yeniyetmə- Mateo Klyayn və Kellian Palatin görüblər ki, yaxınlıqdakı donmuş göldə gənc ata və onun kiçik oğlu suya düşərək boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Yeniyetmələr düşünmədən həyatlarını təhlükəyə ataraq ataya köməyə gəlib və 3 yaşlı uşağı xilas etməyi bacarıblar.
Hadisə barədə “Le Fiqaro” qəzetində yazan Maqo d”Ademar bildirir ki, hadisə yerinə gələn Belfort yanğınsöndürənləri yeniyetmələrin cəsurluğuna heyranlıqlarını gizlətməyiblər: “Biz hamımız iki yeniyetmə tərəfindən göstərilən cəsurluq jestinə və igidlik nümunəsinə görə onlara qəlbən və sözsüz minnətdarıq”.
Yanvarın 13-də isə Belfort Departament Şurasının sədri Lüdovik Marin yeniyetmələri göstərdikləri qəhrəmanlığa görə medalla təltif edib. Qəhrəmanlardan biri mətbuata bildirib: “Mən bunu heç gözləmirdim. Kiminsə, sadəcə, ehtiyacı olduğu zaman etdiyim köməyə görə medalla təltif olunmağım mənim üçün inanılmazdır”.
N.NOVRUZ

Özü yıxılan ağlamamalıdır, amma ağlamaq ermənilərin şakəridir


Ermənistanın siyasi elitası özünə gəlmək istəyir, lakin bunun üçün nə siyasi, nə də iqtisadi resursları var

ermenistan
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işğalçıya elə bir zərbə vurub ki, çətin ki, bir də xam xəyallara qapıla bilsin. Hətta düşmənin özünün içərisində də az-çox savadı olanlar və siyasətdən baş çıxaranlar etiraf edirlər ki, bütün məğlubiyyətlərin səbəbkarı özləridir. Çünki reallığı görmək, qiymətləndirmək bacarıqları yoxdur və daim xəyallarındakı arzularla yaşayırlar. Təbii ki, insan adlı məxluqlardan təşəkkül tapmış hər bir millət daha yaxşı yaşamaq istəyir. Lakin bu, o zaman gerçəkləşir ki, insanlar özləri əziyyətlə özlərinə şərait yaradırlar. Başqalarının yaratdıqları hesabına yaşamağı arzulayanların oxu həmişə daşa dəyir. Həyatda kiminsə dilənçilərdən xoşu gəldiyini görən olubmu? Hətta xaraktercə zəif olan insanlar da onlara pulu ya təəssüf hissi ilə, ya da hikkə ilə verir. Çünki dilənçilər zəhmət çəkmədən yaşayırlar. Bu fikirləri bəzək üçün yox, reallığın dərk edilməsi üçün xatırlatdım.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirayr Libaridyanın BBC-yə verdiyi müasibədə qeyd edir ki, Qarabağdakı məğlubiyyət təkcə iqtidarın yanlış hesablamasından qaynaqlanmır. Ermənistanın siyasi spektrinə baxın. Demək olar ki, bütün siyasi partiyalarımız ultra-vətənpərvər düşüncəyə sahibdir. Və onlar beynəlxalq səviyyədə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı formalaşmış rəyi rədd edirdilər. Ona görə də sonluq belə fəlakətli oldu: “İndi Ermənistanda əksər siyasi partiyalar deyir ki, Paşinyan istefa versin, biz iqtidara gələk. Ancaq iqtidara can atanların heç biri problemin həllinə yeni yanaşma ortaya qoya bilmir”.
Yeni yanaşma isə işğala son qoymuş Azərbaycanın qələbə təntənəsinin parametrlərinə uyğun olmalıdır. Əks halda erməniləri yeni məğlubiyyətlər gözləyir. Məsələ burasındadır ki, “Qarabağ münaqişəsi” adlı problem daha yoxdur, bu, çözülüb. Vaxtilə Azərbaycan vətəndaşları olan bir qrup erməninin elan etdiyi qondarma respublika da yoxdur, bu da həyata keçməyən arzular kimi soluxub məhv olub. Artıq Ermənistandan və xarici ölkələrdən zorla Azərbaycanın Qarabağ bölgəsinə gətirillmiş ermənilər də ölkəmizin ərazisini tərk edib və... əksəriyyəti qalıb ortalıqda. Məsələn, Laçın rayonunun Süs və adı dəyişdirilmiş daha kəndində qeyri-qanuni məskunlaşmış ermənilər bu günlərdə İrəvandakı “Eritsardakan” metro stansiyasının həndəvərində mitinq edirlər. Onları işğalçı hökumət avara edib. Belə ki, bir vaxtlar şirnikləndirərək işğal ərazilərinə köçürüb, indi isə həmin adamlar Ermənistana qayıtsalar da, özlərinə yurd-yuva tapa bilmirlər. Digər tərəfdən ölkədə hakimiyyət uğrunda mübarizə kəskinləşdiyindən, indi necə deyərlər, “quyruqları qapı arasındadır”. Əhali ev, çörək, iş istəyir, hökumət isə bunları hardan əldə edəcəyini bilmir, gözünü dükib yollara, yardım gözləyir. Azərbaycan ərazisində qalan ermənilərə isə Rusiyadan gələn yardımlar daha tez çatır, çünki artıq ölkəmizin ərazisindən bizim vətəndaşlarımız sayılan ermənilər istifadə edə bilərlər.
Azərbaycanın qələbəsi Ermənistanı beynəlxalq aləmdə də çətin vəziyyətə salıb. Ordumuz qısa müddətdə ermənilərin o qədər hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb ki, dünyanın ən təcrübəli və mükəmməl ordularının hərbçiləri də buna həsəd aparırlar. Bu gözəl rəydir. Ancaq məsələnin arxa planı da var və bu çox düşündürücüdür. Bu qədər texnikanı Ermənistan silahlı qüvvələri necə əldə edib? Ağlaya-ağlaya, zarıya-zarıya, dilənə-dilənə və xəyallarla yaşayan xaricdəki erməni diasporunun cinayətkar yollarla havayı qazandıqları pullar sayəsində. Deyirlər, “haynan gələn, vaynan gedər”. Ermənilər çox hay-küylə Qarabağın işğalını öz möhtəşəm qələbələri kimi təqdim edir, çalıb-oxuyur, rəqs edirdilər. Ancaq onların oxuduqlarının ahəngi, rəqslərinin alqoritmi yox idi. Başlıcası da bütün bu fəaliyyətin intonasiyası Qarabağa yad idi. Axırı da məlumdur, biabırçı məğlubiyyət.
Bu məğlubiyyətlə ermənilər təkcə özlərini biabır etməyiblər. Onlara texnika verənlər də mat vəziyyətinə düşüblər. Çünki ermənilərə verdikləri, digərlərinə isə satdıqları hərbi texnikanın Azərbaycan ordusunun hücumu qarşısında əlacsız qaldığı bütün dünyaya əyan olub. İndi bu texnikaları kim alacaq?!
“Nezavisimaya qazeta” yazır ki, Azərbaycanın açıqladığı döyüşlərdə məhv edilmiş texnikanın siyahısı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək: “Azərbaycanın məlumatına görə təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tank sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Qolan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan az idi. Lakin Qarabağda üz-üzə tank döyüşləri olmayıb. Və Rusiya zirehli texnikasının demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika faktiki olaraq müdafiəsiz qalıb”.
Situasiya elədir ki, Ermənistan “olum, ya ölüm” dilemması qarşısındadır. İrəvan hakimiyyəti ya yeni yanaşma sərgiləməyi bacarıb qonşularının yardımı ilə varlığını qoruyub saxlamalıdır, ya da birdəfəlik tarix səhnəsindən silinməlidir. Dünya birliyi bu ölkənin vəziyyətini acı təəssüf hissi ilə qarşılayır, ona görə ki, özləri öz evlərini yıxıblar. Düzəltmək də özlərinin seçəcəkləri siyasi xətdən asılıdır.
N.NOVRUZ

Altbölüm

5 -dən səhifə 32

Oxşar məqalələr