Müasir demokratiyanın bərqərar olması

iltribuna

Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçicilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin olunması seçkiilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalqa etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki keçirildi ki, bu da yuxarıda qeyd olunan kimi, hakimiyyətin xalqla siyasi-mənəvi birliyinin bariz ifadəsi oldu. Bu seçki ölkəmizin həyatında mühüm hadisə oldu. Seçki islahatları dərinləşdirmək işinə böyük töhfə vermiş oldu. Seçki prosesi çox uğurla keçmiş və vətəndaşlar seçkiyə böyük maraq göstərmişlər. Bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Bütün namizədlər üçün bərabər şərait yaradılmış, heç bir ayrı-seçkiliyə yol verilməmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev altıncı çağırış Milli Məclisin iclasında bu barədə demişdir. “Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüquqlarından azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb.”
Cənab İlham Əliyev ölkənin daxili və xarici siyasətin bütün sahələrinə toxunmuş yeni parlamentarilər qarşısında mühüm məsələlər qaldırmış və sonda demişdir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın.Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”

Sakitə Qulamova
Masallı rayon Hişkədərə kənd orta məktəbinin müəllimi

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

minare1

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.

Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur. Prezident İlham Əliyev öz çıxşılarında dəfələrlə qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi. Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Lalə Əhmədli

Masallı Regional “ASAN Xidmət” mərkəzinin sektor müdir

Uzi Arad: «Tamamilə yalandır… Mən Leyla Əliyeva haqqında heç nə bilmirəm» Müəllif: Valeri Kantor, Təl-Əviv

arad

Uzi Arad

Oktyabrın 31-də guya ki, İsrailin Jerusalem Post nəşrinin baş siyasi şərhçisi və analitiki olan Qil Hoffmana məxsus saytlardan birində Mossadın keçmiş əməkdaşı və İsrailin baş nazirinin milli təhlükəsizlik üzrə məsləhətçisi olmuş (2009-2011-ci illərdə) Uzi Aradla “müsahibə” dərc edilib. Əgər Ermənistan və İran KİV-ləri Mossadın keçmiş əməkdaşının “açıqlamaları”nı tirajlamasaydı, müsahibə ümumiyyətlə diqqəti cəlb etməyəcəkdi. Həmin “müsahibə”də Arad Azərbaycana səfərləri ilə bağlı xoş xatirələrini “bölüşür”, Bakıda iki fərqli missiyasından bəhs edir: əvvəlcə Mossad agenti, sonra isə Baş nazirin milli məsələlərlə bağlı məsləhətçisi kimi.

Bu əsərin (yəqin oxucular anladı ki, söhbət bizim dövrümüzdə dəbdə olan saxta “müsahibə”dən - fake news-dan gedir) ən maraqlı anlarından biri Aradın Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə tanışlığı ilə bağlıdır - guya ki, Leyla Əliyeva həmin “müsahibə”də “əgər ravvinlər icazə versəydilər, iudaizmi qəbul etməyi özünə şərəf saydığını” söyləyib. Həmin hissə “müsahibə”yə ona görə daxil edilib ki, Azərbaycanın hakim elitasının guya ki, islam dininə olan əsl münasibətini göstərsin.

Qeyd edək ki, saxta müsahibənin məhz həmin əhəmiyyətli epizodu qonşularımız Ermənistan və İranın KİV və sosial şəbəkələrində geniş yayılıb.

Vəziyyətə aydınlıq gətirmək üçün Uzi Aradın özünə suallarla müraciət etdik.

"Həmin məqalə əvvəlindən sonuna qədər saxtalaşdırılıb. Orada mənim adım istisna olmaqla bir dənə olsun həqiqi və düzgün detal yoxdur. Bir dənə də. Heç bir təfsilat və tarixçə yoxdur. Başdan ayağa yalandır. Vəssalam. Bu qədər sadə", - Uzi Arad bildirdi.

"Bir misal çəkim. Son 20 ildə sizin ölkənizdə olmaq imkanım olmayıb, - Arad bildirdi. - Yəni, bu, çoxlu yalanın əlavə olunduğu müsahibə də deyil. Bu müsahibə ümumiyyətlə olmayıb. Qil hoffman - tamamilə real İsrail jurnalistidir. O, heç vaxt məndən müsahibə almayıb. Bunu onun özündən də soruşa bilərsiz. Bu müsahibənin dərc olunduğunu da mənə o xəbər verdi. Və məndən üzr istədi ki, onun adı bu məsələyə bulaşıb. Yəni bu müsahibə olmayıb. Nə bu jurnalistlə, nə də başqa birisi ilə".

"Bu barədə ilk olaraq sizə söyləyirəm, - Uzi Arad qeyd etdi. - Çünki siz bu məsələnin əvvəlindən sonuna qədər yalan olduğunu qətiyyətlə izah etsəz, düz addım atmış olarsız. Bir dənə də düzgün detal yoxdur. Siz mənə hansısa xanımla bağlı sual verirsiz... Mən onun kim olduğunu belə bilmirəm", - Uzi Arad Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bağlı sualımıza qətiyyətlə cavab verdi.

"Fikrimcə, əvvəla, kimsə bunu qəsdən edib. Bunu siz və ya başqaları araşdırmalısız. Təbii ki, bu, kimisə təhqir etmək və ya ziyan vermək üçün nədənsə yayındırmaq məqsədilə edilib. Hakimiyyət bu dəhşətli yalanın arxasında kimin dayandığını araşdırmalıdır. Mən bu təhqiqatı apara bilmərəm. Ancaq başqaları bilər, - Arad bildirdi.

Tanınmış müxbir Qil Hoffman da bu feyk məlumatı qəti şəkildə təkzib edib

"Ümidvaram ki, siz həmin müsahibədə söylənilənlərin təkzibini verəcəksiz. Xahiş edirəm, bunu məni eşidənlərə çatdırın. Həqiqət naminə. Çox təəssüf edirəm ki, mənim adım saxta xəbərdə hallandırılıb. Ancaq bilirsiz ki, bu tip dezinformasiya və yalanları praktikaya çevirmiş şəxslər, orqanlar və agentliklər var. Bunu deməklə rəsmi bəyanatımı bitirirəm.

Şəxsən sizin ölkənizin gözəlliyini və insanlarını görmək üçün gələcəkdə oraya səfər etmək istəyirəm, çünki orada hər şey maraqlıdır. Ölkənizdə 20 ildən çoxdur olmamışam. Ona qədər isə Baş naziri müşayiət etmişəm. Bu, çoxdan olub. Yəni ölkənizə qayıtmağa çox məmnun olardım", - Uzi Arad yekunda bildirdi.

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Üstəlik, Araddan guya ki “müsahibə” götürmüş Qil Hoffman da Tvitter sosial şəbəkəsində bu “müsahibə”nin heç vaxt olmadığını təsdiqlədi: "gil-hoffman.com saytı mənə məxsus deyil, orada dərc olunmuş Uzi Aradla bağlı məqalə isə saxtadır".

İnformasiya texnologiyaları dövründə ifşa edilmələri heç də çətin olmayan saxtakarlara bu cür avantüralara qarışmamağı məsləhət görərdik. Oxuculara isə tövsiyə edərdik ki, bu və ya digər KİV-ə inanmaq məsələsində olduqca ehtiyatlı olsunlar.

virtualaz.org

Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır

tt1

Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır. “Haber7” portalının bildirdiyinə görə, yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.

Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

tt2

Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.

tt3

“Bloomberg” agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına “yüzlərlə” hərbçi göndərdiyini də xəbər verib. “Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib”,-məlumatda deyilir.

Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.

tt4

Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. “Voennıy obozrevatel” Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır.

Su-35S hava döyüşü üçün ən yaxşı təyyarələrdən hesab edilir və eyni vaxtda 30 hədəfi 400 kilometrə yaxın məsafədən izləyə bilir. Modernizə edilmiş və yüksək manevr qabiliyyətinə malik qırıcılar “hava-hava” və “hava-yer” raketləri ilə təchiz olunub.

virtualaz.org

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqlardan danışdı

pasha kursudan danishir

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutur və Ermənistan bu fikri dəstəkləyir. Bunu Ermənistan parlamentində hökumət saatında Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bu problemin həlli sülh və təhlükəsizliyə müəyyən təminatlar yaradır və İrəvan məsələyə məhz bu prizmada yanaşır.

Ermənistan hökumətinin başçısı əlavə edib ki, hazırda gələcəkdə yüklərin daşınması üçün marşrutlar məsələsi müzakirə olunur.

virtualaz.org

İrəvan-Gümrü qatarında səfər təhlükəlidir

ig qatari

Naməlum şəxslər İrəvan–Gümrü–İrəvan marşrutu ilə hərəkət edən sərnişin qatarını daşa basıblar. “Sputnik Armeniya” agentliyi yazır ki, məlumatı Cənub Qafqaz Dəmir Yolu Şirkəti yayıb.

Hadisə nəticəsində vaqonların şüşələri sınıb. “Bu qatarların təhlükəsizliyinə və sərnişinlərin sağlamlığına təhdiddir”, – şirkətdən bildirilib.

Fransa jurnalı erməni millətçiliyinin təhlükəsindən yazdı

Fransanın Atlantico adlı jurnalı Ermənistan: "Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri" başlıqlı məqalə yayımlayıb

atlantiko2

Məqalədə bildirilir ki, hər hansısa bir Diasporun öz ölkəsinin siyasətinə təsir etmək istəməsi (və ya özünü belə hesab etməsi) normal hal deyil. 2011-ci ildə Tunis, öz əhalisinə nisbətdə xaricdən gələn əcnəbilərin və ikimillilətlilərin parlamentdə ən çox təmsil olunduğu dünya ölkəsi olub. Fransadakı Seneqal diasporasına gəlincə, bu Afrika ölkəsinin prezidentliyə namizədləri onu haqlı və ya haqsız şəkildə, həlledici çəkiyə malik hesab edirlər və onların parlamentdəki təmsilçiliyi 2018-ci ildə iki dəfə artıb.

Hərçənd, bu mövzuda çox qeyri-adi bir hal var: erməni diasporu [Fransada təmsil olunan]. Onun adından danışanların Fransanın siyasi həyatına simvolik və bəzən praktiki təsirinin demoqrafik çəki ilə və hətta Fransadakı Erməni assosiasiyalarının ideoloji bazası ilə heç bir əlaqəsi yoxdur. Onların qəzetləri, hətta saytları 2009-cu ildən oxucu çatışmazlığı səbəbindən bir-bir bağlanıb; 2007-ci ildən bəri Parisdəki nümayişlərinin əksəriyyəti 300-dən çox iştirakçı toplaya bilməyib. Yuxarıda qeyd olunan diasporlardan fərqli olaraq, Fransa və Amerika qitəsindəki erməni diasporu əsasən əcdadları Osmanlı İmperiyasından və ya ondan yaranan ölkələrdən, xüsusən də Livandan olan və buna görə də heç bir erməni milliyyətinə malik olmayan və hətta bu keçmiş sovet respublikasının vəziyyətini dərindən bilməyən insanlardan ibarətdir.

Halbuki, qorxulu şəkildə Ermənistanı ruhlandırdıqdan sonra, erməni diasporası adından danışanların əksər hissəsi seçkilərdən yenicə çıxmış Yerevan hökuməti ilə görünməmiş münaqişə vəziyyətinə düşüblər və bu münaqişədə Fransalı parlamentarilərdən seçici şantajı (yumşaq şəkildə desək) tətbiq edərək, istifadə etməyə çalışırlar. 1992-ci ildə Ermənistan təkcə keçmiş Dağlıq Qarabağ muxtar respublikasını (əsasən Azərbaycan vətəndaşı olan etnik ermənilərin yaşadığı ərazi) deyil, həm də 1989-cu il sovet siyahıya almasına əsasən, əhalisinin yalnız 1%-nin Ermənilərdən ibarət olan 7 ətraf rayonları işğal edib. Azərbaycanlıların əksəriyyəti və ümumiyyətlə müsəlmanlar sürgün və qətliam nəticəsində məhv edilib. BMT Təhlükəsizlik Şurasının 1993 -cü ildə qəbul etdiyi dörd qətnamə və 2008 -ci ildə qəbul edilən Baş Assambleyanın qətnaməsi işğalçı qüvvələrin dərhal geri çəkilməsini tələb etsə də heç bir nəticə verməyib. Bundan başqa, 2015 -ci ildə Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanı bir azərbaycanlı kürd ailəsini ölkədən qovmaqda günahlandırıb.

Erməni diasporu adından çıxış edənlər Ermənistandakı ən millətçi ünsürləri dəstəkləyir, onları barışmaz olmağa təşviq edir və yuxarıda qeyd olunan bütün qərarlara məhəl qoymurlar. Budur qaçılmaz nəticə: daha çox əhalisi olan, daha zəngin, Türkiyə tərəfindən, eləcə də İsrail, Ukrayna, Gürcüstan və Macarıstan tərəfindən dəstəklənən Azərbaycan keçən il beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan öz səhvlərinin və aldanmalarının miqyasını, eləcə də sələflərinin səhvlərini ölçə bildi. Tamamilə fərqli bir xətt üzrə o, ötən ilin iyununda keçirilən qanunvericilik seçkilərində qalib gəlib. Lakin Fransadakı və Atlantik okeanının o tayındakı erməni assosiasiyalarının əksəriyyəti Paşinyana seçkilərdən qalib çıxdığına görə hələ də düşmən olaraq qalmaqdadır və Paris, Lion və ya Marseldə sərbəst şəkildə oturaraq, öz üzvləri üçün deyil, Ermənistanın özü üçün fəlakət doğura biləcək yeni bir müharibənin başladılmasından danışırlar.

TF1 Fransız Telekanalının rəhbərləri və kanalın jurnalisti Lizeron Budul keçən il ölüm təhdidlərilə hədələnirdi, səbəb isə onların [Qarabağ haqqında Azərbaycan həqiqətlərindən bəhs edən] hazırladığı bir reportajın doğurduğu qıcıq idi. Fransada fəaliyyət göstərən « Libération » adlı jurnalın əməkdaşları ASALA adlı Parisin Orli aeroportunda törədilmiş (8 nərin ölümü ilə nəticələnən ) təxribatla tanınan Ermənistanın terror təşkilatının yenidən yaradılması fikrində olan fanatikləri tərəfindən sui-qəsdlərlə hədələnib : bu jurnalistlər erməni tərəfdən cəlb olunan neonasistlərdən bəhs ediblər. Bu yaxınlarda, aprel ayında siyasətçi Brüno Tertre Facebook üzərindən “Yerkir” adlı Erməni Assosiasiyasının rəhbəri Armen Ğazaryan tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı müəyyən həqiqəti söyləməyə cəsarət etdiyinə görə hücumlara (təhqirlərə) məruz qalmışdır. Şərhçilərdən biri hətta cənab Tertreyə qarşı sui-qəsdin törədilməsinin lehinə danışıb. Bütün bunlar heç kəsi təəccübləndirməməlidir, çünki Lissabondan olan kamikadze terrorçulara (Erməni İnqilabi Ordusunun 1983-cü ildə Türkiyənin Portuqaliyadakı səfirliyinə intiharçı hücumu) ehtiram hər il tam cəzasız şəkildə Fransa torpaqlarında keçirilir.

Bununla belə, bu cür ehtiram təşkil edənlər bu gün Fransada yerli deputatlar tərəfindən mütəmadi olaraq qəbul edilir, sanki onlar özlərindən başqa bir şeyi təmsil edirlər. Bu kimi yanaşmalar Fransanın milli marağına və sülhə və barışığa ehtiyacı olan Ermənistanın özünə də ziyan vurur. (Trend)

Ermənilərin Gürcüstandakı növbəti cinayəti

kamal salayev

2021-ci ilin sentyabrın 9-da gürcü mətbuatının yayımladığı xəbərə əsasən, Kvareli şəhərinin Çavçavadze küçəsində yerləşən “Gürcüstan Bankı”nın filialına hücum etmiş silahlı şəxs saxlanılmışdır. Belə ki, 49 yaşlı silahlı şəxs qanunsuz şəkildə silah əldə edərək banka hücum etmiş, oradakı 13 nəfəri girov götürmüş və külli miqdarda pul tələb etmişdir. Aparılan əməliyyat zamanı banka hücum edən şəxs saxlanılmış, girovlar isə azad olunmuşdur. Hadisə ilə əlaqədar olaraq “terror aktı”, eləcə də “terror məqsədi ilə girovların tutulması” maddəsi ilə cinayət işi açılmışdır.

tiflis

Məlum məsələdir ki, bu baxımdan erməni cinayətkarları öz məqsədlərini həyata keçirməkdən ötrü gürcü soyadlarını qəbul edərək özlərini gürcü kimi təqdim edirlər ki, bu yolla da gürcülərin adından istənilən növ təxribata yol verirlər. Belə bir məqamda isə “Gürcüstan Bankı”na hücum edən terrorçunun da erməni olması ehtimalı yaranır. Çünki tədqiqat zamanı aşkar olunan digər faktlar bizə belə bir qənaətə gəlməyə imkan verir. Buna sübut olaraq, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları - Artur Danielyan və Karen Mirzoyanın hərbi hissəyə məxsus silahlardan istifadə edərək bank soyduqlarına görə cinayətə cəlb olunmalarını göstərmək olar. Başqa bir sübut olaraq, ermənilərin Moskva bankından necə 18 milyon rubl oğurladığını qeyd etmək olar. Belə ki, 4 nəfər Ermənistan sakini Moskvanın Kaluqa vilayətindəki banka hücum edərək 18 milyon rubl oğurlamışlar. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, sözügedən hadisə 2014-cü ilin avqustunda baş vermişdir. Verilən məlumata əsasən, cinayəti törədənlər 36 yaşdan - 44 yaşa qədər 4 nəfərdən ibarət Ermənistan sakinləri olmuşlar. Aparılan əməliyyat nəticəsində cinayətkarlara məxsus tapança, telefon, sim kart, ratsiya və xarici maşın aşkar olunaraq götürülmüşdür. Daha bir sübut olaraq, ermənilərin Kaliforniyadakı Burbankı soymaq cəhdini göstərmək olar. Bu barədə Kaliformiyanın “Burbank leader” adlı qəzeti məlumat vermişdir. Həmçinin, həmin vaxt xəbər Ermənistanın “news.am” informasiya agentliyində də öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, bankı soymağa cəhd edən 32 yaşlı erməni əsilli şəxsdir. Kaliforniyadakı banka daxil olan Aris Nazaryan kassirdən pul tələb etmiş, lakin kassirin prosesi ləngitdiyinə görə bankdan pul əldə edə bilmədən çıxmışdır. Daha sonra cinayətkar Burbankdakı mühafizəçi, eləcə də ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuşdur.

Qeyd etdiyimiz faktlardan da göründüyü kimi, erməni cinayətkarları nəinki müxtəlif xarakterli təxribatlar törədir, həmçinin, dünyanın müxtəlif yerlərindəki bankları da soymağa cəhd edərək özlərinə asan qazanc yolu axtarırlar. Qonşu xalqların ərazilərini işğal edərək, onların abidələrini, zəngin sərvətini və mədəniyyətini öz adlarına çıxarmaqdan çəkinməyən erməni cinayətkarları, tarixdə heç bir izi-tozu olmayan “Böyük Ermənistan” xəyalından ötrü dünyanın hər yerində dinc əhaliyə qarşı terror törədirlər.
Qeyd etmək lazımdır ki, məhz Ali Baş komandanımız İlham Əliyevin sayəsində Azərbaycan Ordusu işğalçı Ermənistan ordusu üzərində tarixi bir zəfər çaldı. Möhtərəm Prezidentimiz İlham Əliyev tarixi ədaləti bərpa edərək torpaqlarımızı düşməndən azad etdi. Qeyd edək ki, 44 günlük İkinci Qarabağ savaşı zamanı ordumuzun qarşısında aciz vəziyyətə düşən Ermənistan, günahı olmayan mülki əhalini, şəhər və kəndləri hədəfə aldı. Nəticədə günahsız mülki şəxslər, qadınlar və uşaqlar həlak oldu. Ermənistan Gəncəni, Bərdəni, Ağdamı, Goranboyu, Naftalanı, Tərtəri, Füzulini və s. bölgələri hədəfə alaraq raket atəşinə tutdu ki, bununla da dünya erməni vəhşiliyinin, onların qeyri-insani davranışının şahid oldu. Bu gün sevindirici hal ondan ibarətdir ki, azad olunmuş torpaqlarımızda - Qarabağda, eləcə də Şərqi Zəngəzurda minadan təmizləmə işləri, həmçinin, infrastruktur işləri davam etdirilir. Həmin ərazilərdə böyük infrastruktur layihələri öz əksini tapacaqdır.
Qeyd etmək lazımdır ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışı zamanı, Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu qeyd etmişdir. Lakin görünüşə görə Ermənistan hələ də bu prosesə hazır deyildir. Belə ki, Ermənistanın məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməməsi hər kəsdə şübhə oyadır. Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin olunması vacib bir məsələdir. Lakin Ermənistan sülh müqaviləsinin imzalanması üçün heç bir səy göstərmir. Başqa sözlə desək, danışıqlardan boyun qaçıran Paşinyan Ermənistanı və erməni xalqını daha da çətin vəziyyətə salır.

 

Kamal SALAYEV
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

İtaliya mətbuatında Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi geniş şəkildə işıqlandırılıb

ilham cnn turk

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”, “Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən iksmedia.az-a məlumat daxil olub.
“Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk”-ə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, İkinci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmin edilməsi və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib.
Yazılarda Prezident İlham Əliyevin müsahibədəki fikirlərinə geniş şəkildə istinadlar edilib.

Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?

Gürcüstan
Gürcüstanın “Saerto” qəzetində Tina İvelaşvili adlı gürcü müəllif, 1915-ci il saxta “erməni soyqırımı” məsələsini öz məqaləsində ifşa etmişdir. Müəllif, öz məqaləsində saxtakar erməni “tarixçiləri” və “siyasətçiləri”nin yalanlarını məharətlə ifşa açıb göstərmişdir. Belə ki, İvelaşvili, rus diplomatı Mayevskinin, alman şərqşünası Fayqlın və amerikalı tarixçi Şounun fikirlərinə istinad edərək, ermənilərin Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının düşmənlərinə qoşulduğunu təsdiq edir. Qeyd etmək lazımdır ki, erməni separatçılarının fəaliyyətləri XIX əsrin 80-90-cı illərində yaranmış gizli siyasi təşkilatlar tərəfindən məqsədyönlü şəkildə dəstəklənmişdir. Bu baxımdan “Daşnaksütyun” partiyası da ermənilərin məkrli niyyətinə xidmət edirdi. Belə ki, “Daşnaksütyun” partiyasının yaradılmasında əsl məqsəd, Osmanlı Türkiyəsinin ərazisində “müstəqil erməni dövləti”ni yaratmaqdan ibarət idi.
Ermənilər öz məqsədlərindən ötrü hər vasitəyə əl atırdılar. Onlar öz məqsədlərindən ötrü nəinki qardaş Türkiyənin ərazisində, həmçinin, Gürcüstanda da müsəlmanlara qarşı qəsdən qanlı hadisələr törətmişlər. Misal olaraq, Batum müqaviləsinə nəzər saldıqda bizə məlum olur ki, 1919-cu ilin 4 iyulunda Gürcüstan ordusu Axaltsix şəhərini tərk etmiş, həmin vaxt isə ermənilər, xristian gürcü və müsəlman əhalisinə hücum etmişlər. Erməni “tədqiqatçısı” Suren Ayvazyan, “Rusiya tarixi, erməni izi” adlı əsərində, Sovet İttifaqı zamanında “erməni soyqırımı”ndan bəhs etməyin qadağan olunduğunu özü də bilmədən etiraf edir. Bu fakt öz-özlüyündə erməni saxtakarlığına dair daha bir sübutdur. Belə bir atalar məsəli var: “yalan ayaq açar amma yeriməz”. Uydurduqları saxta tarixə əsaslanan ermənilərin “erməni soyqırımı” iddiası tamamilə əsassızdır. Saxtakar “tədqiqatçı” Suren Ayvazyan, guya ki azərbaycanlılar tərəfindən “erməni milli azadlıq düşüncəsi”nin boğulduğunu qeyd edir. S.Ayvazyan, “Rusiya tarixi, erməni izi” adlı əsərində, “Virk”in “Böyük Ermənistan”ın əyalətlərindən biri olduğunu, “vrastay” sözünün guya ki, “Virk ölkəsi” mənasını verdiyini, “vratsi” sözünün “Vrastan və Virk sakini” mənasını verdiyini iddia edir.
S.Ayvazyan yazır: ““Vrastan sakini”, “vratsi” - hər kəs, erməni, gürcü və ya rus da ola bilər”. O yazır: “Məsələ belədir ki, “Virk” və “Vratsi” -“qədim erməni dili”ndə “Böyük Virk” və “Virk ölkəsinin sakini” deməkdir. Ancaq “müasir erməni dili”ndə “Virk-Vrastan” adı altında olan bütün tarixi və linqvistik məlumatlar Gürcüstan kimi, “vratsi” isə gürcülər kimi başa düşülür”. Saxtakar erməni “tədqiqatçı”sı S.Ayvazyan, “vratsi” sözünün açılışını həm gürcü kimi, həm də rus kimi qələmə verir. Burada isə ciddi bir sual yaranır ki, əgər “vratsi” termini ermənilərə aiddirsə, onda bu termin adı altında hansı məntiqlə gürcülər və ruslar nəzərdə tutula bilər? Buradan da göründüyü kimi erməni “tədqiqatçısı” açıq-aşkar saxtakarlığa yol verir. Belə ki, saxtakar “tədqiqatçı” heç bir tutarlı əsas olmadan “Virk-Vrastan” anlayışını kor-koranə şəkildə Gürcüstan kimi, “vratsi” terminini isə gürcülər kimi qələmə verir.
Qeyd etmək lazımdır ki, saxtakarlıqları ilə ad çıxaran ermənilər hər zaman öz əməllərini ört-basdır edir, günahı isə qəsdən azərbaycanlıların və türklərin üstünə atırlar. Bu gün Ermənistanın necə bir təcavüzkar dövlət olduğu hər kəsə birmənalı şəkildə aydındır.

Kamal SALAYEV
AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

Bərdədə şəhid Asif Abışovun ailəsi üçün fərdi ev tikildi

 

bər ev1

 

İksmedia.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün də fərdi yaşayış evi inşa etdirilərək təqdim edilib.

Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edlmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.

Altbölüm

4 -dən səhifə 32

Oxşar məqalələr