“McDonald’s” yeməklərində donuz tükü... – TƏHLÜKƏ?

00ed57dcdf7d5c8c5f74152077221a90

“İksmedia az" "Yeni Musavat.coma istnadən xəbər verir ki,"Donald’s” yenidən qlobal müzakirələrin mərkəzinə düşüb. Şirkətin İsrail ordusuna pulsuz yemək paylaması ilə bağlı yaranan mübahisələr səngiməmiş, sosial şəbəkələrdə yayılan bir video yeni qalmaqala səbəb olub.

Bu barədə bloqer Benyamin Akkaya məlumat yayıb.

Kadrlarda “McDonald’s”ın dondurulmuş məhsullarını daşıdığı iddia edilən TIR sürücüsü qutuların üzərindəki tərkib siyahısını nümayiş etdirir. Videoda məhsulların tərkibində insan saçı, heyvan və donuz tüklərindən əldə edilən maddələrin olduğu, həmçinin təmizlənmiş bitki yağları, yüksək fruktozalı sirop, müxtəlif rəngləndirici və stabilizatorlardan istifadə edildiyi bildirilir.

Müzakirələrə səbəb olan əsas məqamlardan biri isə çörək xəmirində istifadə edilən L-sistein (L-Cysteine) maddəsidir. İddialara görə, bu maddə insan, heyvan və hətta donuz tükündən əldə oluna bilər. Elmi mənbələrdə L-sisteinin xəmirin elastikliyini artırmaq və yumşaltmaq üçün istifadə edildiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu maddə qida sənayesində geniş tətbiq olunur və normadan artıq istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər.

Qeyd edək ki, müasir dövrdə L-sistein sənaye üsulu ilə sintetik və ya fermentasiya yolu ilə də istehsal olunur. Bir çox beynəlxalq şirkətlər isə xammalın heyvani mənşəli olmadığını açıqlayır.

Azərbaycanda buna görə narahat olmağa əsas varmı? “Fast-fud”, xüsusən də uşaqların sevimlisi “Mcdonalds” yeməkləri hansı narahatlıqlar yarada bilər?

Qida mühəndisi Yusif Həkim Musavat.com-a açıqlamasında bildirib ki, əvvəllər Azərbaycanda fəaliyyət göstərən “Mcdonalds”da yerli və halal ət istifadə edilmirdi. Onun sözlərinə görə, şəbəkə son 6 ayda yerli ət istifadəsinə keçib:

“Qırmızı əti artıq Azərbaycandan alırlar. Toyuq məhsulu isə hələ də xaricdən gətirilir. L-sistein ilə bağlı isə təkcə “Mcdonalds” məhsulları barədə deyil, həmçinin çörək və pizza istehsalı haqqında da iddialar eşidilir. Bu maddə ilə bağlı əlimizdə tutarlı fakt yoxdur. Biz onun ölkəyə idxal olunması ilə bağlı Dövlət Gömrük Komitəsindən məlumat ala bilmirik.

Məsələ burasındadır ki, o adla idxal olunmur, sadəcə, idxal olunan məhsulların içində var. L-sistein maddəsinin ən böyük ixracatçısı Çindir. Çin hidroliz yolu ilə insan saçından və donuz tükündən sistein istehsal edən ən böyük istehsalçıdır. Çünki orada ən ucuz maddə insan saçıdır. Ancaq biz hələ də “Mcdonalds” çörəklərində bu maddənin istifadə edilib, edilmədiyini bilmirik”.

Ekspert qeyd edib ki, insan və donuz mənşəli sistein qəti şəkildə haramdır:

“Yaponiya və Almaniya da əsas istehsalçı ölkələrdəndir və bu ölkələrdə heyvan və insan mənşəli olmayan alternativ xammallardan da istifadə edilir. Almaniyanın bəzi şirkətləri sisteini yalnız bitki mənşəli xammaldan - mikrobial fermentasiya yolu ilə istehsal edir. Eyni şəkildə bitki mənşəli sistein Yaponiyada və İndoneziyada istehsal olunur. Toyuq və ördək lələklərindən əldə edilən sisteinin halal sayılması üçün həmin heyvanların halal qaydalarla kəsilməsi vacibdir. Bitki mənşəli sistein isə əsasən halal sayılır. Yerli istehsalçılar arasında hansı müəssisələrin sisteinli un istifadə etdiyi və ya çörək zavodlarının sistein tətbiq edib-etmədiyi barədə dəqiq məlumat yoxdur. Bu barədə daha geniş məlumatı ancaq sahə üzrə mütəxəssislər verə bilərlər”.

Bu “qaçırılma” trend oldu

animasiya

ABŞ və İran arasında danışıqlar davam etsə də, bölgədə gərginlik artmaqdadır.

“İksmedia az" Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisələr fonunda İrana məxsus sosial media hesabları İsrail Baş naziri Benyamin Netanyahunun İran xüsusi təyinatlıları tərəfindən qaçırıldığını göstərən animasiya videosu yayımlayıb.

Video tezliklə sosial mediada trend olub, eləcə də, İsrail ilə İran arasında artan gərginliyə diqqət çəkib. Təbliğat məqsədilə hazırlanmış animasiyada Netanyahunun qandallanaraq aparıldığı göstərilir.

Qeyd edək ki, bölgədə vəziyyət gərgin olaraq qalır. ABŞ regiona ikinci təyyarədaşıyan gəmi göndərib, İsrail isə İrana qarşı təhdidlərini artırıb.

 

“Qadın paltarında səfirlikdə gizlənən siz idiniz?..”

Screenshot 2026 02 15 165241

Münxen Təhlükəsizlik Konfransı zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan bloqer Emin Hüseynova verdiyi cavab gündəm olub.

“İksmedia az” xəbər verir ki, Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualına Mehriban xanım ustalıqla cavab verib.

“Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz? Sizə cansağlığı arzulayıram”, - deyərək Mehriban Əliyeva yoluna davam edib.

16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü

ali rusanov

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb."İksmedia.az “Unikal”a istinadən xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada  ölüb.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.

Azərbaycan Boks Federasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında  şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

“6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - federasiyadan qeyd edilib.

İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

fhn

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

“İksmedia az"  Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Bundan başqa,Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni müavinlər buraya əlavə edilməyib.

Xatırladaq ki, K.Heydərovun üç müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndəriliblər. 

3 -dən səhifə 145

Oxşar məqalələr