Rusiya koronavirusun dərmanını tapdı



Koronavirus simptomlarının hələ epidemiya başlayandan dəyişməsi və yeniləri əlavə olunması barədə müxtəlif ölkələrin həkimlərindən rəylər verirdi.
Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.
Medicina.az artıq Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərinin verdiyi rəylərə əsasən təsdiqlənmiş 12 əsas simptomu təqdim edir.
Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri qəribə də olsa burnun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss edir. dad reseptorları işləmir.
Diqqət, bunlara fikir verin:
1. Qoxu və dadbilmə hissiyatının azalması və tam itməsi
2. Burun selikli qişasının ya quruması ya da zökəmi, yəni su axması. qıcıqlanması
3. Böğaz quruması, qıcıqlanması
4. Öskürək –əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enir
5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq
6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması
7. Halsızlıq, kefsizlik, iştahsızlıq
8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal
9. Ürəkbulanma, qusma
10. Titrətmə, üşütmə
11. Quru öskürək, ciyərlərdə küy
12. Qızdırma, 38-dən yuxarı və dərmanla salmaq olmur
13. Baş ağrısı
14. Gözlərin qıcıqlanması, yanması
15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq
Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır.
Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır.
Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir
Əgər əlamətlərdən 3-5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə “koronavirusdan şübhələnirəm” deyə çağırış edir, ailə üzvlərindən uzaq durub, adi isti su hər 15 dəqiqədən bir qəbul edirsiz. Sakitləşdirici də içə bilərsiz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu əlamətləri gizlədə bilər.


Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meyilli olmasından irəli gəlir. Bundan əlavə, "fast food" qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaşarası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.İKSmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
Həkim deyib: "Qida borusu xərçənginin ilkin əlamətləri qida borusunun funksiyasının pozulmasıdır. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər ağızda çeynənən qidanı mədəyə ötürməkdə çətinlik çəkirlər. Bu da xərçəng səbəbindən qida borusunun daralması, keçiriciliyin və qidanın mədəyə ötürülmə funksiyasının pozulmasından irəli gəlir. İkinci ən sıx rast gəlinən əlamət isə kəskin arıqlamadır. Adətən belə xəstələr döş qəfəsində ağrı və ya narahatlıq hiss edirlər. Ağrılar qida qəbulu zamanı daha da arta bilər. Bundan əlavə, xəstə qısa, təxminən bir ay müddətində 10-30 kilo arası çəki itirə bilər. Bu da çəki defisitinin yaranmasına səbəb olur. Xəstəlik bəzən öyümə, qusma və hətta qanlı qusma ilə də müşahidə edilə bilər".
Ümumiyyətlə, qida keçməzliyi hissi yarandıqda xüsusi müayinələrdən keçmək vacibdir. Əvvəlcə endoskopiya və rentgenoloji müayinələr tövsiyə olunur. Müayinələr zamanı qida xərçəngi şübhəsi yarandığı təqdirdə biopsiya olunur ki, bununla da xərçəng tam təsdiqini tapır.
"Diaqnoz təsdiqləndikdən sonra müalicə taktikasını seçmək məqsədilə kompüter tomoqrafiya və s. vasitəsilə xəstəliyin hansı mərhələdə olduğu müəyyən edilir. Qida borusu xərçənginin əsasən üç müalicə üsulu var. Bunlar cərrahi müdaxilə, kimya və şüa terapiyasıdır. Erkən aşkar olunan qida borusu xərçəngi zamanı ömrün uzadılması məqsədilə cərrahi əməliyyat keçirilməlidir. Xərçəngin yerləşməsindən asılı olaraq, əməliyyat iki və ya üç mərhələli ola bilər. Əməliyyatın texniki cəhətdən çətin olmasına baxmayaraq, səhiyyənin inkişafı ilə bu növ cərrahi müdaxilələrin riski də zamanla azalır. Qida borusu xərçəngi zamanı yaşam müddəti xəstəlik aşkarlanan zaman hansı mərhələdə olmasından asılıdır", - deyə A.Ağayev qeyd edib.

Həkim-hematoloq Sevil Cəlil
Azərbaycan Talassemiya Mərkəzinin gənc hematoloqu Sevil Cəlil Türkiyə Cümhuriyyəti, İstanbul Tibb Universitetinin Tibb Fakultəsində “Hematoloji-Onkoloji Tezli Yuksek Lisans” üzrə doktorontura təhsilini bitirib və hazırda elmi tezislərinin elmi şurada müdafiəsinə hazırlaşır. 2014-cü ildən başlayaraq “2nd International Conference “Actual Problems of Thalassemia” (Bakı), “Ulusal Aferez kursu”, “VIII International Eurasion Hematology Oncology Congress”, “Hematopoetik Kök Hücre Nakli Kursu”, “Klinikte Kan Bilesenleri Kullanimi Egitim Sempozyumlari”, “14th International Conference on Thalassemia and Other Haemoglobinopathies Ϩ 16th TIF Conference for Patients and Parents” Yunanıstan, “IV HEVES. Hemofili Vakalarla Egitim Sempozyumu” Antalya və bir çox digər elmi məclislərdə fəal iştirak edən gənc tədqiqatçı 2017-ci ildən Türkiyə Hemotoloji Dərnəyinin üzvüdür.
Bu günlərdə Sevil Cəlilin “Turkish Journal of Hematology” elmi jurnalinda “Sumuk iliyi transplantasiyası olan pediatrik xəstədə CMV infeksiyasının mualicəsində spesifik T huceyre istifadəsi” adlı məqaləsi dərc olunub. Talassemiyalı xəstənin mualicəsi zamanı bu istiqamət Turkiyədə ilk dəfə tədqiq və tədbiq olunur. İnşallah, çox keçməz gənc həkimlərimiz bu istiqamətdə müalicəni ölkəmizə də gətirərlər. Qazandığı uğurlara görə Sevil həkimi təbrik edir və ona elmi işində yni nailiyyələr arzulayırıq.
İKSmedia.az
2 -dən səhifə 7