Nar qabıqlarını qurudun, üyüdün...

Naraa.jpeg

Nar qabıqları güclü antiseptik və qurdqovucu təsirə malikdir. Sizə orqanizmi qurdlardan təmizləmək üçün çox tanınmış xalq təbabəti reseptini təqdim edirik.
Nar qabıqları yaxşı yuyulur, qurudulur, qəhvəüyüdəndə üyüdülür. Hazır tozu şüşə qabında sərin quru yerdə saxlayın.
Hər səhər qida qəbulundan 30 dəqiqə əvvəl 1 x.q. nar qabığı tozu (uşaqlar üçün 1 ç.q.) 1 ç.q. balla yaxşı qarışdırın, qəbul edin və sonra 1 stəkan su için.
Bu vasitə mədə-bağırsaq sisteminə güclü antiseptik təsir edir, qurdları öldürür.

Saglamolun.Az

Bakı Dəmir Yolu Xəstəxanası hotelə çevriləcək

66103.jpg
Büdcədən hər il 15 milyon alan xəstəxana geri bir qəpik də ödəmir
Hesablama Palatasının “yeyinti” aşkarladığı xəstəxanalar özəlləşdirilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan, Nəsimi rayonu Puşkin küçəsi 26 ünvanda yerləşən Bakı Dəmir Yolu Xəstəxanası tezliklə hotel olacaq. Bu barədə “Bizim Yol” qəzetinə məlumatlı mənbə xəbər verib. Bildirilir ki, xəstəxananın bir korpusu hələlik müvəqqəti olaraq saxlanacaq, tezliklə onun da taleyi həll olunacaq.   

Ətraflı: Bakı Dəmir Yolu Xəstəxanası hotelə çevriləcək

Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR

derman33.jpg

Azərbaycan-İran birgə əczaçılıq zavodu hər il 100 milyon dollar həcmində dərman ixrac edəcək.
 
Bunu "Caspian Pharmed" zavodunun təməlqoyma mərasimindən sonra İranın əmək və sosial rifah naziri Əli Rəbii deyib.
 
Onun sözlərinə görə, ilk müddətdə dərmanların Rusiya, Qazaxıstan və Gürcüstana ixracı planlaşdırılır.
 
Nazir deyib: "Bir müddət Azərbaycan dərmanları idxal edəcək, amma zaman keçdikcə idxal azalacaq və ölkə özünü dərmanla təmin edə biləcək".
 
İran tərəfi ümumi dəyəri 20,6 milyon dollar olan layihəyə 11 milyon dollar investisiya yerləşdirəcək.
 
Ə.Rəbii onu da bildirib ki, İranla Azərbaycan arasında sənaye, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. (Trend)

4 -dən səhifə 7

Oxşar məqalələr