“Azərbaycan üçün “qırmızı xətt” Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır, heç bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində belə deyib.
““Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.