Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq
Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.
APA-nın məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: “Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.
Başa çatmaqda olan 2016-cı ildə dünya üzrə azı 74 jurnalist həlak olub.
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
