MTRŞ: Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq

Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib. Bunu Trend-ə MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
N.Cavadov bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir: “Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar”.



