Ermənilər həqiqi dövlətə sahib olmaq istəyirlərsə, öz güclərinə müstəqillik axtarmalıdırlar
Bu günlərdə Azərbaycanın azadlıq uğrunda apardığı Vətən müharibəsinin məntiqini bütün dünyaya çatdıran Prezident İlham Əliyev bildirib ki, Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu məlum həqiqəti dövlət başçımızın gərgin situasiyada təkrarən diqqətə çatdırması olduqca incə mətləblərdən xəbər verir. İlk növbədə, bu, düşmən dövlətə siyasi bir mesajdır ki, sən əvvəl müstəqil ol, sonra başqa dövlətlərlə bərabər səviyyədə hərəkət etməyi öyrən. Bu bir. İkincisi, bu, həm də ona işarədir ki, sən və Ermənistanın digər rəhbərləri sədaqətsiz insanlarsız. Dünənə qədər Rusiyanın ətəyindən yapışmışdınız, indi isə Qərbin ətəyindən yapışmaq istəyirsiniz. Yəni, xəyanət erməniliyin mahiyyətindədir.
Ancaq digər məqamlar da var. Azərbaycan Prezidenti iki il əvvəl, Paşinyan hakimiyyətə yeni gələn vaxtlarda, MDB toplantılarında ayaqüstü düşməm ölkənin rəhbəri ilə baş tutan ayaqüstü söhbəti barədə bir neçə gün əvvəl açıqlama vermişdi. Açlqlamanın mahiyyəti ondan ibarət idi ki, Paşinyan dövlətimizin başçısında möhlət istəyib. Bildirib ki, hakimiyyətimi möhkəmləndirim, sonra biz münaqişənin sülh yolu ilə həlli üçün substantiv danışıqlar apararıq. Həmin vaxtdan təxminən il yarım keçəndən sonra Ermənistanın baş naziri verdiyi sözü yerinə yetirmək əvəzinə “Qarabağ Ermənistandır. Nida” deyərək özünə xal qazandırmaq yaxud da həqiqətən Qarabağı Ermənistanın tərkibinə qatmaq yolunu tutur. Bu cür verilən sözdən qaçmaq heç bir siyasətə sığmır və fırıldaqçılıqdan başqa bir şey deyil.
Paşinyanın Soros tərəfindən qızışdırılıb ortaya çıxarılması əslində Qərbin, birbaşa olaraq ABŞ-ın bəzi ölkələr üçün yaradılmış siyasi plandır. Tamamilə nüfuzsuz bir şəxsi molyonlar xərcləyərək siyasi meydana atıb, kütlələrin əli ilə hakimiyyətə oturtmaq, sonra da bu naşı adamı yönləndirərək oyuncağa çevirmək milyarder Sorosun demokratiya pərdəsi altında siyasi çevrilişlər etmək əsas niyyətidir. İş burasındadır ki, Ermənistanın siyasi dairələri əslində siyasətçilərdən yox, cinayətkarlardan və boşboğazlardan ibarətdir. Çünki, hər hansı bir dövlət forpostuna çevirdiyi ölkənin başında normal siyasətçilərin dayanmasına imkan verməz. Ona görə ki, norma siyasətçi normal dövlət qurmağa çalışacaq və bu da hakim dövlətin maraqlarının tapdanması deməkdir. Buna görə də İrəvanda hakimiyyət dəyişikliyi olanda cinayətkarları müdafiə edən olmadı və buna görə də boşboğaz Nikol Paşinyan hamilərindən aldığı vədlər hesabına asanlıqla kütlələri aldatmağa nail oldu. O, hakimiyyəti çox asanlıqla ələ keçirdi. Ancaq xam olduğundan anlamadı ki, ermənilərin ağaları dəyişsə də, vəziyyətləri dəyişməyəcək. Bizdə deyildiyi kimi, “nə mənası var, keçəl Həsən, yaxud Həsən keçəl”. Bu həqiqəti dərk etmədiyinə görə Paşinyan bir-bierinin ardınca ciddi səhvlərə yol verdi və axırda keçdi təxribatlara. Siyasi səhnədə “burnunun ucundan uzağı görməyi bacarmayan” baş nazir elə bilirdi ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalda saxlamaq “qəhrəmanlıqdır” və bununla da artıq məsələ bitib. Halbuki, Prezident İlham Əliyev uzun müddətdir ki, vəziyyəti düşmənə, başqa sözlə, heç yana getməyəcək qonşularımıza izah edir, anlatmağa çalışır. Ancaq gözlərini ermənilik örtmüş erməni siyasi elitası bu sözləri qulaqardına vururdu. Əlbəttə, bu işdə onların qulağına pıçıldayan havadarları işləri pozurdu. Amma, özlərində dəyanəıt olsaydı, indi vəıziyyət bugünkü səviyyədə kritik olmazdı.
Həmvətənlərinin gözündən düşmüş Paşinyan bu günlərdə Arsaxın (Qarabağın-qeyd bizimdir) Ermənistan tərəfindən tanınmasının müzakirə edildiyini bildirir. Ancaq yarımüstəqil dövlətin qondarma qurumu tanımasının nə əhəmiyyəti ola bilər. Guya, bununla Ermənistan işğal etdiyi Azərbaycan ərazisinə hüquqi don geyindirə biləcək? Əksinə, vəziyyəti daha da çətinləşdirəcək və bəlkə də əks-hücumun öz ərazilərinə, qədim Azərbaycan torpaqlarına keçməsi üçün əsas yaradacaq. Sorosun əlaltısı olmağın axırı budur. Bu səbəbdən, ümumiyyətlə,əlaltı olmaq şərəf deyil və müstəqilliyə təhdiddir. Yaxşısı budur, ermənilər sahiblərini dəyişdirməkdənsə, müstəqil olmaları uğrunda vuruşsunlar, daha Azərbaycan torpaqlarını işğal etməklə müstəqil olmaq mümkün deyil.
N.NOVRUZ