AXTAR

Moskvada Ərdoğanla Putin arasında görüş keçirilib

erdogan putin

 

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən əvvəl dövlət başçıları jurnalistlərə qısa açıqlamalar veriblər.
Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı veriblər. Türkiyə Prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Prezidentlərin görüşündən sonra geniş tərkibdə aparılacaq danışıqlar əsnasında iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.
Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri Fəxrəddin Altu sosial şəbəkədə paylaşdığı yazıda Suriya böhranının səfər gündəmində mühüm yer tutduğunu qeyd edərək Suriyada təkcə YPG terror təşkilatına qarşı mübarizə aparmaqdan savayı, həm də qonşu ölkədəki böhranın daha da dərinləşməməsi üçün siyasi çözüm əldə etməyə çalışdıqlarını vurğulayıb.
“Əziz dostum, sizin ölkələrimizin inkişafına nə qədər töhfə verdiyinizi bilirik. Böyük strateji tərəfdaşlığımız həyata keçiriləcə”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Putin Ərdoğanla tez-tez keçirilən görüşlərinin nəticəsini gördüklərini deyib: “Bu işdə böyük şəxsi uğurunuz mühüm rol oynayır. Çünki, buna çox böyük əhəmiyyət verirsiniz. Böyük layihələrimiz reallaşır və hər şey plana uyğun gedir”.
Putinlə qarşımıza çox böyük hədəf qoyduq, deyə bildirən Ərdoğan əlavə edib ki, həmrəyliyimiz bölgədə sülhə töhfə verəcək. Ərdoğan 2019-cu ildəki ilk görüşdən məmnun olduğunu, keçirilən görüşlərin regional təhlükəsizliyə də müsbət təsir etdiyini deyib: “Dünyanın diqqətini çəkən görüşlərimiz oldu. Bunların daha faydalı olacağına inanıram. Xüsusilə, turizm həqiqətən iki ölkənin xalqı arasında çox mühüm birləşmələrə səbəb olur. Əlbəttə, sizinlə qarşıya çox böyük hədəf qoyduq. Hədəfimiz ticarətin həcmini 100 milyard dollara qaldırmaqdır”.

Oxşar məqalələr