AzTV-nin efir üzünə həsrət qoyduqları - Flora, Aygün, Nisə…
Azərbaycanda bir sıra məşhur incəsənət nümayəndələri zamanla efirə buraxılmamaqları ilə bağlı gileyləniblər. Əksər sənətçilər özəl televiziya kanallarının onlara belə bir qadağa qoyduqlarını ictimaiyyətə etiraf ediblər.
Məşhur modelyer də terror qurbanı oldu - Bollivud yasda
Yeni il gecəsi 39 nəfərin həyatını itirdiyi İstanbulda baş verən Reina qətliamı ilə bağlı yeni məlumat və fotolar yayımlanır.
"Qafqazinfo" Daily Mail qəzetinə istinadən xəbər verir ki, terror zamanı həyatını itirənlərdən biri də hindistanlı məşhur modelyer Khushi Shah olub. 27 yaşlı modelyer həmin günü yaşadığı Qucərat əyalətinin Vadodara şəhərindən iş üçün İstanbula gedib.
Türkiyə mətbuatı Hadisənin Bakı konsertindən yazdı - “Geyimi ilə hamını heyran qoydu”
31 dekabrda Bakı Olimpiya Stadionunda konsert verən türkiyəli müğənni Hadisənin performansı Türkiyə gündəmində də manşetə çevrilib.
Türkiyə mətbuatı Hadisənin səsi və geyimi ilə onu izləyənləri heyran qoyduğunu yazıb.
Qeyd olunur ki, popçu yadda qalan konsert verməklə yanaşı, iddialı geyimi ilə də Azərbaycan KİV-də gündəm olub: “Haqqında yazılan xəbərlərdə Hadisənin olduqca cəsarətli olduğu vurğulanıb”./“Qafqazinfo”
Xalq artisti vəfat edib
Muxtar Maniyev dünyasını dəyişib
“İçəri şəhər” filmi Hindistanda nümayiş olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film 21-ci Kerala Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
“Forbes” dünyanın ən varlı məşhurunun adını açıqladı - 4,6 milyard sərvət
“Forbes” 4,6 milyard dollar sərvəti olan rejissor Corc Lukası dünyanın ən varlı məşhuru elan edib.
Corc Lukas 4,6 milyar dollarlıq sərvətini “Ulduz müharibələri”, “İndiana Cons” filmlərindən gələn gəlirlə əldə edib. Məsələn, The Walt Disney Company 2012-ci ildə rejissora 4,05 milyard dollar qazandırıb.
Daha çox məqalə...
9 -dən səhifə 10