Tramp tərəfdarlarından Klintona zərbə - FOTO

ABŞ-ın Virciniya ştatı ərazisində, yol kənarındakı elektron lövhədə prezidentliyə namizəd Hillari Klinton əleyhinə yazılar peyda olub. “The Washington Post”a istinadən verdiyi xəbərə görə, hadisə noyabrım 1-də, gecə baş verib. Müəyyən müddət ərzində lövhədə 3 mətn yayımlanıb. “Yalançı Klinton”, “Trampa səs verin” çağırışı və Klinton haqda təhqiramiz yazı. “Yalançı Klinton” onun rəqibi Donald Tramp tərəfindən seçki kampaniyasında tez-tez istifadə olunan söz birləşməsidir.
Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib. Lent.az odatv-yə istinadən xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib.
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Yusifovdan 11 kiloqram 100 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.