AXTAR

Xpert Slider

SON DƏQİQƏ! Bu tarixdə Bakıya intensiv qar yağacaq - Şaxta olacaq

İstanbulda DƏHŞƏTLİ ZƏLZƏLƏ olacaq - ŞOK AÇIQLAMA

ÜST-dən MÜHÜM çağırış – Azərbaycanın verəcəyi QƏRAR

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

“Zəngəzur bizsiz açılsa...” – Kremldən QORXUNC təhdid

İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?

GÜNDƏM

Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

GÜNDƏM 11.02.2026 | 17:31
  Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında…

Reklam

FOTO QALEREYA

ABŞ danışıqlardan əvvəl İranı hərbi hücumlarla hədələyib

“ABŞ Omandakı danışıqlardan əvvəl İrana dörd şərt təqdim edib və qəbul edilməyəcəyi təqdirdə hərbi hücumlarla hədələyib”.

“İksmedia " Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun Siyasi İşlər üzrə komandan müavini Əziz Qəzənfəri “Sobh-e Sadik” jurnalında Omandakı dolayı danışıqlara münasibət bildirərkən deyib.

O, ABŞ-nin ballistik raket proqramı, regional qruplara dəstək və nüvə məsələlərini danışıqlar mövzusu etmək istədiyini, lakin İranın müdafiə qabiliyyətlərinin danışıqlar mövzusu ola bilməyəcəyini vurğulayıb.

Qəzənfəri ölkəsinin təhdid və psixoloji təzyiqlər qarşısında təslim olmadığını və danışıqlara baxmayaraq, hərbi tədbirləri davam etdirəcəyini bildirib. Omandakı danışıqların çərçivəsinin ABŞ-nin irəli sürdüyü şərtlərdən yox, İranın mövqeyindən formalaşdığını qeyd edib.